MAC-ünvan
MAC-ünvan — Ethernet şəbəkəsinə daxil olan hər cihaz, ya da kompüter "node" adlandırılır. kompüterlərə ethernet kartı taxanda həmin kompüter şəbəkədə punkt halına gəlir və bu punktu node adlandırırlar. Şəbəkəyə təkcə kompüterlər qoşulu olmur. Digər cihazların da qoşulu ola biləcəyi üçün router-lərin, hub-ların qoşulma nöqtələrini sadələşdirərək node adlandırırlar. Ethernet şəbəkəsində kompüterlər və cihazlar bir-birlərindən sahib olduqları analoqu olmayan MAC adresləri ilə ayırd edilirlər. Hər node və ya sadəcə hər ethernet kartı dünyada təkrarı olmayan bir adresə sahibdir. Bu adres 48 bitlik bir rəqəmdir. Məsələn bu yazının yazıldığı kompüterə taxılı şəbəkə kartının MAC adresi belədir:
100100000110101001010010100011001101100000011
İkili sistemdə olan bu rəqəmi söyləmək və yazmaq çətin olduğu üçün onu 16-lıq sistemdə yazırlar: 12 0D 4A 51 9B 03
Ethernet sistemində node-ları bir-birindən ayırmaq üçün MAC adreslərdən istifadə olunur. MAC adresləri hesabına sistemlər şəbəkə üzərindən özlərinə çatan məlumat paketinin özlərinə gəlib gəlmədiyini anlayırlar. Ethernet şəbəkəsində, bir kompüter bir məlumat paketi yolladığında, bu paket şəbəkədəki bütün sistemlərə çatır. Hər kompüter paketin ilk hissəsi olan alıcı MAC adresini oxuyur və öz MAC adresi ilə kontrol edir. Əgər gələn paket özünə aiddirsə paketlə məşğul olur, deyilsə qəbul etmir.
Şəbəkədə göndərilən məlumatların bütün kompüterlərə çatması və sonra MAC adress vasitəsi ilə məlumatın həmin kompüterə göndərilməsinin təyin olunması məlumatın digər kompüterlər tərəfindən istənildiyi zaman qəbul edilməsinə şərait yaradır. Bu da sizin hər hansı bir kompüterə göndərdiyiniz məlumatın hub-ınıza qoşulu olan və ya olmayan kompüterlərdən məlumat paketinin surətlərinin tutularaq oxuna biləcəyindən xəbər verir. Yəni informasiya təhlükəsizliyi pozulur. Şəbəkədə sizə göndərilməyən paketlərin tutulması üçün LAN Sniffer kimi proqramlar vardır. Hətta MNS messenger danışıqlarının paketlərini qəbul etmək üçün bir neçə proqram mövcuddur.
İstinadlar
Xarici keçidlər
- Kompüter şəbəkəsi Arxivləşdirilib 2011-02-23 at the Wayback Machine
- Standard Group MAC Addresses. A Tutorial Guide Arxivləşdirilib 2007-05-16 at the Wayback Machine (ing.)