M60 Patton

M60 Patton - ABŞ istehsalı tank. M60 “Patton” tankları 1960-70-ci illərdə, M1 Abramslarla əvəzlənmədən öncə ABŞ ordusunun tank filotiliyasının onurğasını təşkil edirdi. Əvəzlənməsinə baxmayaraq, 2019-cu ildə 19 ölkənin ordusunda 5 mindən çox “Patton” istifadə edilir. 2019-cu ilin əvvəlində “Raytheon” onun istismar müddətinin uzadılması paketini (SLEP) elan etdi. Buraya yeni mühərrik, atəşə nəzarət sistemi və 120 millimetrlik toplar daxildir.

M60 Patton
Tipi Əsas Döyüş Tankı
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1959-cu ildən indiyə kimi
İstismara başlanması 1961
İstifadə edilən döyüşlər Vyetnam müharibəsi
Yom Kippur müharibəsi
Körfəz müharibəsi
Livan vətəndaş müharibəsi
İran-İraq müharibəsi
İstehsal tarixçəsi
Konstruktor Chrysler Defense
Konstruksiya tarixi 1957
İstehsalçı Detroit Arsenal
İstehsal illəri M60: 1959–1962
M60A1: 1962–1980
M60A2: 1973–1975
M60A3: 1978–1983[1]
İstehsal sayı 15.000+ (bütün variantlar)
Xüsusiyyətləri
Ağırlığı M60: 50.7 ton
M60A1: 52.6 ton
M60A2: 52.0 ton
M60A3: 54.6 ton
Zireh

M60 93 mm 65°
220 mm maili zireh
M60A1: 109 mm 65°
258 mm maili zireh
M60A2: M60A1 ilə eyni
M60A3: M60A1 ilə eyni Ön hissə
M60: 180 mm
M60A1: 250 mm
M60A2: 290 mm


M60A3: 276 mm
Mühərrik Continental AVDS-1790-2 V12 dizel
Sürət asfalt yolda 48 km/saat
yolsuzluqda 19 km/saat
Mühərrik gücü 750 a.g.
Məsafə 2 km
Əsas silah 105 mm M68 topu
Köməkçi silah 12.7 mm pulemyot
Uzunluğu M60/M60A1/M60A3: 6.946 m (gövdə), 9.309 m (lülə ilə birlikdə)
M60A2: 6.946 m (gövdə), 7.3 m (lülə ilə birlikdə)
Eni 3.631 metr
Hündürlüyü M60: 3.213 m
M60A2: 3.1 m
M60A1/M60A3: 3.27 m
Ekipaj 4 (sürücü, tank komandiri,
doldurucu, nişancı)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
ABŞ Silahlı Qüvvələrinə məxsus olan M60A3 tankı

Tarixi

M60 öz əsasını özündən əvvəlki M26 Pershing ağır tankından alır. Ondan İkinci Dünya müharibəsindən sonrakı dövrdə istifadə edilirdi. “Pershing” sonralar 90 mm-lik toplarla silahlandırılmış “Pattonseriyalı tanklara transformasiya edildi. Bu tanklara M46, M47, M48-i aid etmək olar. M60 isə 1960-cı ildə təqdim olundu və seriyanın sonuncu üzvü idi. Tank özünün daha ağır zirehi və uzaq mənzilli, 105 mm-lik M68 topu ilə Sovetlərin T-54 tanklarına qarşı mübarizə üçün layihələndirilmişdi.[2] 50 tonluq M60-lar Üçüncü Dünya müharibəsi təhlükəsindən dolayı Avropaya yerləşdirilsə də, Vyetnam müharibəsində məhdud istifadə edildi. M60-lar ilk dəfə Yaxın Şərqdə istismar edildi. Yom Kippur müharibəsi zamanı İsrailin M60 tankları Qolan təpələrində 7-ci və 188-ci zirehli briqadanın xilasında Suriyanın 3 minlik tank bölmələrinə qarşı gərgin mübarizə apardı.

M60 “Patton” tankları 1960-70-ci illərdə, M1 Abramslarla əvəzlənmədən öncə ABŞ ordusunun tank filotiliyasının onurğasını təşkil edirdi. ABŞ ordusunda əvəzlənməsinə baxmayaraq, hələ də 19 ölkənin ordusunda 5 mindən çox “Patton” istifadə edilir. 2019-cu ilin əvvəlində “Raytheon” şirkəti bu tankların istismar müddətinin uzadılması paketini (SLEP) elan etdi. Buraya yeni mühərrik, atəşə nəzarət sistemi və 120 millimetrlik toplar daxildir.

İstifadəsi

Türkiyə

M-60 tankı Türkiyənin əsas döyüş tankıdır. Türkiyə ordusu NATO orduları arasında M60 tankının ən iri istifadəçisidir. Ümumilikdə 931 M60 tankı Türkiyə ordusunun xidmətindədir. Bütün M60 tanklarının hamısı ABŞ-dən istifadə edilmiş tank şəklində alınıb. Türkiyənin Suriyada başlatdığı Fərat Qalxanı, Zeytun budağıBarış Pınarı əməliyyatlarında Türkiyə Silahlı Qüvvələri tərəfindən M-60 tanklarından, həmçinin onun modernizasiya olunmuş M60A1, M60A3 və M60 Sabra variantlarından geniş istifadə olunub. Aselsan şirkəti tərəfindən həyata keçirilən ən sonuncu modernizasiya layihəsi olan M60T Fırat çərçivəsində bu tanklara PULAT aktiv müdafiə sistemləri inteqrasiya edilib. PULAT sahib olduğu yüksək texnologiya radarı ilə M60T-yə atılan tank əleyhinə raketi havada aşkarlayaraq uyğun məsafədə zərərsizləşdirə bilir.[3]

Silahlanma

– Ana silahı: 105 mm “M68” yivli top

Kalibr: 105 mm

Lülənin qalxma bucağı: –9º... +19º

Üfüqi tuşlama bucağı: 360º

Mərmi ağırlığı: 5.78 – 14.04 kq

Mərminin başlanğıc sürəti: 732 m/s

Atış tezliyi: 10 atəş/dəqiqədə

Atəş məsafəsi: 2 km

Maksimal atəş məsafəsi: 5 km

– 12.7 mm “M85” pulemyotu

Kalibr: 12.7 mm

Mərmi: 12.7x99 mm

Atış tezliyi: 400-625 atış/dəqiqədə

Güllənin başlanğıc sürəti: 880 m/s

Atəş məsafəsi: 1.9 km

Maksimal atəş məsafəsi: 6.7 km

– 7.62 mm “M73” pulemyotu Kalibr: 7.62 mm

Mərmi: 7.62x51 mm NATO

Atış tezliyi: 500-625 atış/dəq

Güllənin başlanğıc sürəti: 853 m/s

Atəş məsafəsi: 900 m

Maksimal atəş məsafəsi: 3.7 km

Türkiyə Silahlı Qüvvələrinə məxsus olan M60A3 tankı

İstinadlar

  1. "M60 Series Tank (Patton Series)". Fas.org. 2018-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-11.
  2. "Niyə M60 tankı on illərdən sonra hələ də "killer"dir". 2019-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-21.
  3. "ASELSAN M60T tanklarının modernizasiyasını tamamlayıb". 2020-01-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-15.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.