M60 (pulemyot)

M-60 ABŞ istehsalı pulemyot. İkinci dünya müharibəsi dövründə almanlar tərəfindən Üçüncü Reyxin ordusu sayılan Vermaxt üçün hazırlanmış MG 42 pulemyotunun əsasında hazırlanmışdır. 7.62x51 mm ölçülü NATO gülləsindən istifadə edir. Bu silah seriyalı istehsal edilən, dəqiq, lakin bahalı bir silahdır. Atəş zamanı gülləsinin uçuş mənzili təxmini olaraq 2000 metrə kimi və atışın effektivlik məsafəsi isə 1100 metrə qədərdir.

M60
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 1957
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
İstehsalçı General Dynamics
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ABŞ-nin İkinci Dünya müharibəsindən sonra iştirak etdiyi bütün qarşıdurmalar da bu silahdan istifadə edilib.

Qaz və açıq bolt texnikası ilə işləyir. Silah, Hərbi dəniz qüvvələrindən tutmuş vertolyotlara qədər bir çox hərbi vasitələrdə istifadə edilir.

Texniki xüsusiyyətləri

  • Növü: ağır pulemyot
  • Mənşəyi: ABŞ ABŞ
  • Konstruktor: Saco Defense, U.S. Ordnance
  • Çəki: 10,5 kq
  • Uzunluq: 1,077 mm
  • Lülə uzunluğu: 560 mm
  • Hündürlük: 216 mm
  • Sursat: 7,62 x 51 mm NATO
  • Kalibr: 7,62
  • Atış sürəti: 600 mərmi/dəqiqə
  • Effektiv mənzili: 1100 m. (1200 yard)
  • Maksimum mənzil: 3,725 m

İstifadəçilər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.