M47 Patton

M47 Patton, Patton orta səviyyəli seriyasının ikinci və son orta tank növüdür. Bu tank 90 mm-lik bir tank silahı və yeni hazırlanmış bir qüllə ilə təchiz olunmuş M46 Patton tankının daha da inkişaf etdirilmiş versiyasıdır. 1950–1980-ci illər arasında Amerika Ordusunun standart orta tankı idi. Digər Patton seriyası tankları kimi, adını da Amerikan General Corc Pattondan almışdır. M46 Patton tankının baza modeli əsasında hazırlanmışdır. Hərəkət mənzili 130 km təşkil edir. Transmissiyası General Motors CD-850–4 modelidir. Asqı sistemi burulma çubuğudur.

M47 Patton II tanklarının, CD-850–4 modelli sürətlər qutusu
M47 Patton
Tipi Orta sinifli tank
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1952-1960-cı illərin əvvələri (ABŞ)
İstismara başlanması 1952
İstifadə edilən döyüşlər Xorvatiya müharibəsi, Süveyş böhranı, Kipr Sülh Hərəkatı, İran-İraq müharibəsi, Altı günlük müharibə, İkinci Hindistan-Pakistan müharibəsi
İstehsal tarixçəsi
Konstruktor Detroit Arsenal Tank Plant, American Locomotive .Co
İstehsalçı Detroit Arsenal Tank Plant, American Locomotive .Co
İstehsal illəri 1951-1953
İstehsal sayı 9.000 ədəddən çox
Xüsusiyyətləri
Ağırlığı 46 ton (boş çəkisi)
Zireh 100 mm
Mühərrik Continental AVDS-179-5B V12 hava soyutmalı benzinli motor
Sürət 60 km/saat
Mühərrik gücü 810 at gücü (600 kW)
Əsas silah 90 mm-lik M36 Tank silahı
Köməkçi silah

2x M2 Browning (biri cütləşdirilmiş, digəri tank komandirinin yanında)

1x Browning M1919 (sürücünün yerinin sağ tərəfində)
Uzunluğu 8.51 m
Eni 3.51 m
Hündürlüyü 3.35 m
Ekipaj 5 (sürücü, köməkçi sürücü, 2x silahçı, tank komandiri)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

M47 tankı M48 Patton tankı istismara verildiyi müddətə qədər ABŞ ordusuABŞ dəniz piyadaları korpusu tərəfindən istifadə edilən əsas tank sinfi idi. M47 Patton əvvəllər Amerika ordusunda xidmət edən M4 Sherman və M46 Patton tanklarını əvəz etmişdir. M47 tankı, o dövrdə tank gücünü yenidən quran Avropadakı NATOAsiyadakı SEATO ölkələri tərəfindən çox sayda istifadə edilmişdir.

Dizaynı

Koreya müharibəsindən sonra mövcud tank əleyhinə silahların Sovet tanklarına qarşı çox şansının olmadığı müşahidə edildi. Bundan sonra Amerika Müdafiə Nazirliyi əvvəllər hazırlanmış M46 Patton tankını hazırlamağa başladı.

Müharibə keçmişi

Versiyaları

M46E1, M47 tankının dizayn edildiyi prototip modelidir. T42 prototip tankından alınan bir qüllə və 90 mm-lik bir tank əleyhinə topla təchiz olunmuşdur.

M47 orijinal istehsal modelidir.

M47M Bu inkişaf proqramı 1960-cı illərin sonlarında başlamışdır. M47M versiyalarına M60A1 tanklarından mühərrik və yanğına nəzarət hissələri əlavə edilmişdir. ABŞ istifadə etmədiyi halda, İran və Pakistan üçün 800 ədəd istehsal edilmişdir. 90 mm tank topunun döyüş sursatı üçün əlavə yer təmin etmək üçün köməkçi sürücü yeri aradan qaldırılmışdır.

M47E

M47E1

Türkiyə ordusu və M47 Patton tankları

M47 tankları uzun illərdir ki, Türkiyə Ordusu tərəfindən istifadə olunur və Kiprdəki Kipr əməliyyatında uğurla istifadə edilmişdir. 1980-ci illərin əvvəllərindən bu tanklar xidmətdən çıxardılmağa başlanmışdır.

İstifadəçilər

Aktiv istifadəçilər mavi, keçmiş istifadəçilər isə qırmızı rəngdə göstərilib.

Keçmiş istifadəçilər

Müzeydə nümayiş etdirilən M47 Patton tankı.
Drezden, Almanya
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.