Məzrə (Ordubad)
Məzrə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.[1]
Məzrə | |
---|---|
39°03′22″ şm. e. 45°55′16″ ş. u. | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Ordubad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
|
Üstüpü bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 40 km şimal-qərbdədir. Əhalisi 122 nəfərdir(2000); bağçılıq, əkinçilik və heyvandarlıqla məşğuldurlar. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi vardır.[2]
Toponimikası
Oykonim ərəb mənşəlidir. Ərəb dilində məzrə "əkin üçün yararlı yer, əkin yeri, tarla", habelə əkin yerləri əsasında yaranan məntəqə, oba, kiçik yaşayış yeri mənalarını kəsb edir. Keçmiş adı Məzrəurs olmuşdur.Güman edilir ki, yaşayış məntəqəsi Nurs kəndinin Məzrə adlı əkin yerində salındığına görə belə adlandırılmışdır.[3]
Əhalisi
Əhalisi 134 nəfərdir.[4]
İnfrastruktur
Düylünçay üzərində Məzrə körpüsü tikilmişdir. Körpünün uzunluğu 5 paqonometrdir. 1996-cı ildə inşa edilmişdir. Körpünün tikilməsi ilə Məzrə, Düylün kəndləri ilə magistral yola çıxış əldə etmişdir.[5]
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
- "Məzrə kəndi". 2010-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-03.
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- Naxçıvan ensiklopediyası.II cilddə.II cild.Naxçıvan.2005.