Məzahir Əfəndiyev
Məzahir Cavid oğlu Əfəndiyev (1 fevral 1976, Ağdaş rayonu) — ictimai xadim.
Məzahir Əfəndiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Məzahir Cavid oğlu Əfəndiyev |
Doğum tarixi | 1 fevral 1976 (48 yaş) |
Doğum yeri | |
Partiya |
Azərbaycan Naminə Alyans Partiyası (1994-1995) Bitərəf |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
Məzahir Əfəndiyev 1 fevral 1976-cı ildə Ağdaş rayonunda anadan olmuşdur. 1982-ci ildə Ağdaş rayonu M. Qorki adına 4 nömrəli orta məktəbin birinci sinfinə getmiş, 1992-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. Orta məktəbdə oxuyarkən Ümumittifaq Gənclər Təşkilatının (KOMSOMOL) məktəb dayağının sədri, tarix fənni üzrə zona olimpiadasında çempion adına layiq görülmüşdür.
1994-cü ildə Bakı Dövlət Əmtəəşünaslıq və Kommersiya İnstitutunun Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsinə qəbul olub əyani təhsil almışdır. 1996-cı ildə həmin institutdan köçürülmüş və təhsilini eyni ixtisas üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında davam etdirmişdir. 1999-cu ildə həmin institutu Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə bitirmişdir. 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistraturasına Təhsilin təşkili və idarəolunması ixtisası üzrə qəbul olunmuş və 2001-ci ildə oranı qırmızı diplomla bitirmişdir. Eyni zamanda 2007-ci ildə Böyük Britaniyanın Kembric Universitetində idarəetmə kurslarında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı İnkişafın İdarə Olunması ixtisası üzrə doktorantdır və akademiyada Regionlarda Davamlı İnkişafın təmin olunması üzrə magistrlarına dərs deyir.
7 yanvar 1998-ci il tarixində hərbi xidmətdə olmuş, ehtiyata buraxıldıqdan sonra 1999-cu ildən 2019-cu ilə kimi BMT Azərbaycan ofisinin alt strukturlarında müxtəlif vəzifələrdə çalışmışdır.
Ailəsi
Məzahir Əfəndiyev ailəlidir, iki övladı var.
İctimai-siyasi fəaliyyəti
1999-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə BMT İnkişaf Proqramının birgə həyata keçirdiyi "Gənc Könüllülərin İdarəetmə Qrupu"nun Milli Koordinatoru, 2001–2006-cı illərdə Avropa ittifaqı, BMT İP və Azərbaycan Hökumətinin "Cənubi Qafqazda Narkotiklərə Nəzarət" Regional Yardım Proqramının ölkə üzrə rəhbəri, 2006–2009-cu illərdə BMT İP-nin Bakı ofisində "Hüquq Mühafizə Orqanları ilə İş Bölməsi" nin rəhbəri, 2010–2012-ci illərdə Avropa İttifaqı və BMT İP-nin "Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd idarəçiliyi Sistemlərinə Dəstək" layihəsinin rəhbəri, 2012–2014-cü illərdə BMT-nin Azərbaycan ofisinin Proqramlar üzrə rəhbəri, 2014-cü ildən 2017-ci ilə kimi BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin Strateji Əməkdaşlıq üzrə Müşaviri, 2017–2019-cu illərdə BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyində "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü Sərhəd keçid Məntəqəsinin İnkişafına Dəstək", "Qlobal Əhəmiyyətli Aqro-biomüxtəlifliyin qorunması və davamlı istifadəsi", "Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması" layihələrinə rəhbərlik etmişdir.
2019-cu ilin yanvar ayından Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Maliyyə və İqtisadiyyat məsələləri şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır.
1994-cü ildə gənclər hərəkatına fəal qoşularaq 1995-ci ildə Azərbaycan Naminə Alyans Partiyasının "Gənc Alyansçılar" təşkilatının sədri seçilmiş, 1998-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (ARGTMŞ) gənclər arasında "Narkomaniya ilə mübarizə" daimi komissiyasının sədri olmuşdur. 1999-cu ildə ARGTMŞ-nın 1-ci müavini, 1999–2001-ci illərdə mərkəzi qərərgahı Brüsseldə yerləşən Avropa Gənclər Forumunun Maliyyə Nəzarət Komitəsinin tamhüquqlu üzvü, Azərbaycan Hökuməti ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın inkişafına xüsusi töhfələr verən, ölkənin nüfuzlu QHT-dən sayılan Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi və Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyasına da rəhbərlik edir[1].
Parlamentdə
2020-ci ildə ölkədə keçirilən parlament seçkilərində 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı seçilmişdir.[2] O, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Regional məsələlər komitəsinin üzvüdür.
Məzahir Əfəndiyev, həmçinin, Parlamentlərarası İttifaq, Avronest Parlament Assambleyasının üzvü, Azərbaycan-Bosniya və Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Belçika, Azərbaycan-Gürcüstan, Azərbaycan-Kanada, Azəbaycan-Misir, Azərbaycan-Ukrayna, Azərbaycan-Vyetnam və Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Mükafatları
- 2002–2006-cı illərdə gənclər hərəkatında fəal iştirakıma görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin müxtəlif fəxri fərmanları, Fəxri Gənc adına layiq görülmüş,
- 2006-cı ildə Dövlət Gömrük Komitəsinin "Gömrük əməkdaşlığının möhkəmlənməsinə görə" döş nişanı,
- Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli, 643 nömrəli Sərəncamına əsasən BMT-nin yaradılmasının 70 illik yubileyi münasibətilə BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı[3]
- 15 dekabr 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidenti adından Fövqəladə Hallar Nazirliyinin, 2017-ci ildə Dövlət Sərhət Xidmətinin "Hərbi əməkdaşlıq sahəsində xidmətinə görə" medalları ilə,
- 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılımasının "100 illik yubileyi" medalı təltif olunmuşdur.
İstinadlar
- "BMT-nin Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev". trend.az. Archived from the original on 2021-01-18.
- "ƏFƏNDİYEV Məzahir Cavid oğlu". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-04.
- "Birləşmiş Millətlər Təşkilatının əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi". president.az. Archived from the original on 2021-01-16.