Məzə
Məzə (fars. مزه; türk. meze; ing. meze/mezze; yun. μεζές; serb. мезe / meze; bolq. мезе; mak. мезе; ərəb. مقبلات; alb. Meze) Yaxın Şərqdə, Balkanlarda və Mərkəzi Asiyanın bəzi bölgələrində kiçik həcmdə yemək növləridir. Çox vaxt spirtli içkilərlə birgə süffrəyə verilir. Levantine, Qafqaz və Balkan mətbəxlərində məzə əksər hallarda dolğun (zəngin) yemək süfrəsi açılan kimi ortaya gətirilir[1].
Etimologiya
Məzə sözünə keçmiş Osmanlı imperiyasına daxil olan bütün xalqların mətbəxlərində rast gəlinir, sözün mənşəyi İrandan, fars dilindən gəlir مزه (mazze "taste, snack" < mazīdan "to taste").[2]
- Alan Davidson, The Oxford Companion to Food, Oxford University Press, 1999, pp. 500–501
- Oxford English Dictionary, online version, June 2011
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.