Məymanə
Məymanə ㅡ Əfqanıstanın Fəryab vilayətində şəhər. Mayoru Əhməd Cavid Qayvandır.
Məymanə | |
---|---|
ميمنه | |
35°56′ şm. e. 64°45′ ş. u. | |
Ölkə | Əfqanıstan |
Tabesində | Fəryab vilayəti |
Mayor | Əhməd Cavid Qayvan |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 877 m |
Saat qurşağı | UTC+04:30 |
Əhalisi | |
Əhalisi | 149 040[1] nəfər (2015) |
Milli tərkibi | 90% Özbəklər |
Dini tərkibi | Sünni müsəlmanlar |
Rəsmi dili | Puştu dili |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
- Məymanə xanlığı: Buxara - Herat yolunun üzərində yerləşdiyindən asılı olaraq, fövqəladə bir strateji önəmi var.Əhalisi iki yüz mindən çoxdur ki bunun da hamısı Özbəklərdir.İnzibati mərkəz Məymanə şəhəridir. Bu yer 1874-cü ildə mühasirə döyüşləri ilə məşhur idi. Şəhərin ticarət önəmi getdikcə artaraq, Buxaraya açılan qapı rolunu oynayır.[2].
Əhalisi
XIX əsrdə şəhərin əhalisi 15-18 min nəfər idi.1958-ci ildə şəhərdə 30 min, 1979-cu ildə - 38.250, 1982-ci ildə - 56.973 nəfər yaşayırdı.[3].2004-cü ildə şəhərin əhalisi 75.900 nəfər, 2015-ci ildə isə 149.040 nəfərə çatıbdır.[1].
Milli tərkibi
Məymanədə yerli Özbəklər üstünlük təşkil etsə də, az sayda Türkmənlər, Taciklər, Puştunlar və Bəluclar da yaşayırlar.
İstinadlar
- "The State of Afghan Cities report2015" (ingilis). 2015-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-04.
- Yrd. Doç. Dr. Ali Ahmetbeyoğlu (2009), Türkistan Hakkında Coğrafi, Siyasi, Tarihi ve İstatistiki Malumat, Sosyal Bilimler Dergisi, Sayı: 22, 2009
- "CSO Statistics". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-15.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.