Məxməri ağcaqayın
Məxməri ağcaqayın (lat. Acer velutinum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü.
Məxməri ağcaqayın | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Malvids Dəstə: Fəsilə: Yarımfəsilə: Hippocastanoideae Cins: Növ: Məxməri ağcaqayın |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Botaniki xarakteristikası
Hündürlüyü 35–40 m-ə qədər, gövdəsinin diametri 1,4 m-ə qədər olan iri çətiri olan böyük ağacdır. Gövdəsinin qabığı ət rəngi-çəhrayımtıl rəngdə, yaşlı ağacların aşağı hissəsi tünd-boz rəngdədir. Yarpaqları iridir, kağıza bənzər olub, uzunluğu 15-20 (40) sm, 5-bölümlüdür. Yarpağın qaidə hissəsi ürəkşəkilli, bəzən dəyirmi və ya kəsilmiş formadadır, üst tərəfdən tündyaşıl, həmişə çılpaq, alt tərəfdən daha açıq və ya göyümtül rənglidir, çılpaq və yaxud tamamən məxməri-yumşaq tüklcüklüdür; bölümləri sivri, bəzən kütdür, bərabər olmayan və iri dişlidir; təpə bölümləri yan bölümlərdən enli və bir qədər uzundur. Saplaq 12-25 sm uzunluqda olub, adətən yarpaq ayasına bərabər olur və ya ondan uzun olur. Süpürgələr iridir və 12-15 sm uzunluqdadır, düzdurandır, tükcüklü budaqları meyvə verənə yaxın əyiləndir. Çiçəkləri kiçik olub, yaşılımtıl-sarı rənglidir. Meyvə qanadlarının uzunluğu 5 sm-ə qədərdir, çoxsaylıdır, qabarıq, xaricdən çılpaq, daxildən tükcükləri olan fındıqcaları vardır;qanadlar aşağı hissədə daralmış, yuxarıda isə genişlənmiş və düz və ya iti bucaq altında ayrılmışdır. Aprel-may aylarında çiçəkləyir, avqust-oktyabr aylarında meyvə verir.
Azərbaycanda yayılması
BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, Lənkəran ovalığı, Lənkəran dağları orta, bəzən yuxarı dağ qurşağına qədər (1800m).
Yaşayış mühiti
Rütubətli meşə, dağ dərələrində, meşəli yamacların cuxurlarında, düzənliklərin rütubətli yerlərində rast gəlinir. Balaca sahəsi olan ağcaqayınlıq əmələ gətirir və dağ dərələrinin relikt meşələrinin, həmçinin digər düzənlik və dağ meşələrinin tərkibinə keçir. Bəzən tək-tək də rast gəlinir.
Təsərrüfat əhəmiyyəti
Dekorativ bitkidir. Oduncağı xarrat və dülgər işlərində istifadə olunur. Nektarverən bitkidir.