Məsuliyyətli hökumət

Hesabatlı hökumət (İngilis dilində: Responsible government), xüsusən İngiltərə parlamenti əsasında modelləşdirilən parlament sistemlərində hökumətin, yəni icraedici orqanın hökmdardan daha çox parlamentlar məclis üçün hökumətin məsuliyyətini, yəni hesabat verməsini izah edən bir termindir. Bu mənada istifadə edildikdə, parlament sistemində qurulmuş bir hökumət deməkdir.

Hesabatlı hökumət konsepsiyası Britaniya imperiyası tarixində, xüsusən Kanada və Avstraliya kimi koloniyalarda mühüm yer tutur. Hesabatlı hökumət çərçivəsində bu koloniyalardakı qubernator seçilmiş parlamentin rəyinə uyğun qərar qəbul etməli idi. Xalqın seçdiyi məclis bu tətbiqin icrasından əvvəl məsləhət verə bilsə də, mərkəzi hökumətə cavabdeh olan qubernator bu tövsiyəni dinləmək məcburiyyətində deyildi.

Kanadada xalqa cavabdeh hökumət anlayışı 1830-cu illərdə İngiltərədəki hökumət formasını sevənlər tərəfindən, hakimiyyətin güclü, yerli elitaların əlində olması nəticəsində koloniyalarda yaranmış problemlərin həlli üçün təbliğ olunmağa başlanmışdı. Bu dövrdə Yuxarı Kanadada William Lyon Mackenzie və Aşağı Kanadada Louis-Joseph Papineau tərəfindən dəstəklənən Amerika tipli hökumət, “məsuliyyətli hökumət”dən daha radikal bir cərəyanı təmsil etmişdi. Durham qrafı John Lambton Nova Scotiyada, Joseph Howe Yuxarı Kanadada, Robert Baldwin isə İngiltərədə modelləşdirilən xalq qarşısında cavabdeh hökumət konsepsiyasını müdafiə etdi. Nova Scotiada Howe, Baldwin və Louis LaFontaine Kanada əyalətində məsuliyyətli hökumət səlahiyyətlərini əldə etmək üçün mötədil (mülayim) islahat partiyaları qurdular. Bu mandat əvvəlcə Yeni Şotlandiyaya 1848-ci ilin yanvarında, 1848-ci ilin növbəti aylarında isə Kanada əyalətinə verildi.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.