Məsud ibn Namdar

Məsud ibn Namdar (XI əsr, BeyləqanXII əsr) – XI əsr şairi. Əəsərlərini ərəb, fars və türk dillərində yazmışdır. Mənşəcə Azərbaycan türklərindən olmuşdur.

Məsud ibn Namdar
Doğum tarixi XI əsr
Doğum yeri
Vəfat tarixi XII əsr
Fəaliyyəti şair
Əsərlərinin dili ərəb dili, fars dili, türk dili

Həyatı

Ədəbiyyatşünaslar öz əsərlərində əslən beyləqanlı olan Məsud ibn Namdarın və başqalarının adlarını çəkirlər. Bunlardan "Şirvan və Arran feodal inzibati dairələrində məmurluq edən, öz fəaliyyətinin bir sıra epizodunu o dövr ərəb abidələri üçün ən ənəvi olan təmtərlaqılı ədəbi formada təsvir edən", Məsud ibn Namdar Azərbaycan mədəniyyəti tarixində özünə məxsus yer tutmuşdur. Onun həyat və yaradıcılığının ən yaxşı və son tədqiqatçısı olan V.M Beylis Məsudun orta əsrin hər hansısa bir elm sahəsində mütəxəssis olan alim deyil, ədəbi cəhətdən savadlı tipik ədib olduğunu müəyyənləşdirir. Məsudun dövrümüzə çatan əlyazması üç hissədən – hekayətlərdən, məktublardan və şeirlərdən ibarətdir. Həmin şeirlər, həyatını Beyləqən, Gəncə və Şirvanda, o dövrün bir çox şairləri kimi rəsmi dövlət vəzəfələrində keçirən bu ziyalı şəxsiyyətin bizə yetişmiş toplusunun üçdə birindən çoxunu təşkil edir. Əsasən mövzulara həsr olunmuş bu şeirlər Məsudun iş fəaliyyəti ilə sıx bağlı idi. Bu bağlılıq şeirlərin qruplaşdırılmasında da özünü göstərir: əl-Xənziyyət (Gəncə dövrü şeirləri), əl-Beyləqanəyyət (Beyləqan dövrü şeirləri), əl-Əmniyyət (Gəncə mustavfisis Əmin əm–Mülkün adı ilə), əl-İxvaniyyət ("Dostluq"), "Köhnə şeirlər, və b. Əsərlərində özünün "Bədi əz-zaman" ("Zamanın möcüzəsi") ləqəbini qeyd edən Məsud ibn Namdarın şeirlərinin təhlili göstərir ki, "Arrandan olan Bədi əz-zaman bütün ənənəvi üslublardan faydalanmaqda fərasitləri olan" bir şəxsiyyət idi.

Ədəbiyyat

  • Azərbaycan klassik ədəbiyyatından seçmələr. Üç cilddə, I cild, Bakı: Şərq-Qərb, 2005, s.31-42
  • Əlyar Səfərli. Xəlil Yusifli. Azərbaycan ədəbiyyatı tarixi, Bakı: «Ozan» nəşriyyatı, 2008, 696 s.
  • Malik Mahmudov. Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər (VII-XII əsrlər), Bakı: «Şərq-Qərb» nəşriyyatı, 2012, 192 s.

Həmçinin bax

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.