Mərzili

MərziliAzərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.[1]

Mərzili
39°55′57″ şm. e. 47°03′42″ ş. u.
Ölkə  Azərbaycan
Region Ağdam rayonu
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 262 m
Saat qurşağı
Mərzili xəritədə
Mərzili
Mərzili
Mərzili xəritədə
Mərzili
Mərzili

Tarixi

Mərzili kəndi 1993-cü il iyunun 11-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.[2] Lakin buna baxmayaraq Azərbaycan kəşfiyyatçıları bu kəndin ərazisində tez-tez diversiya əməliyyatları keçirirdilər. Belə əməliyyatların birində ABŞ-dən olan erməni terrorçusu Monte Melkonyan 708-ci hərbi hissənin 258-ci PDM ekipajlari Şaiq Kəlbiyev[3]Asəf Mütəllimov tərəfindən öldürülür.

2006-cı ildə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva qurumun Dağlıq Qarabağ üzrə nümayəndəsi Karen Ohacanyana istinadən məlumat verib ki, Mərzili kəndi yaxınlığında 21 azərbaycanlının basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. [4] Mərzili kəndi işğal olan zaman mülki şəxslərdən Əli Zeynalov ermənilərlə döyüşərək qəhrəmancasına şəhid oldu. Kənd sakinlərindən Behbudalı Qasımov, Sumbat Qasımov, Süleyman və həyat yoldaşı Qızyetər, Eyvaz, həyat yoldaşı Gülxanım və qızı 4 yaşlı Solmaz ermənilər tərəfindən qətlə yetirildilər.

Toponomikası

Mərzili — Ağdam rayonunda kənd adı. Qarabağda yaşamış Mərzili tayfasının adındandır. XIX əsrin sonlarında Mərzəli Kənd icmasında Birinci Mərzili. Mərzili-İsmayıl bəy (indi bu kənd İsmayıl bəyli adlanır) və Mərzili-Cəfərquluağa adlı üç məntəqə vardı. Qarabağda orta XIX əsrdə yaşamış Mərzili elinin oturaqlaşması nəticəsində yaranmış kəndlərdəndir. Bu el 1845-ci ildə cəmi 19 ailədən ibarət idi. Mosul, Goranlı, Molday Rəsullu və Zeynalabdinbəyli köçləri Şirvan xalqı Musfata xana məxsus olmuş, lakin xanlıq ləğv edildikdən sonra Araz sahillərinə köçürülmüşdür. F.Deminskinin yazdığına görə Mərəzəli (Mərzilik) eli 5 qoldan ibarət olmuşdur. Ulu-Şıxlı, Əmirli, Danayerli, Kürə-Çullu və Sofulu sonra el böyüyərək 8 tirədən ibarət idi:Mehterli, Şirvanlı, Bapaxçı, Hacımanlı, Dəlləkli, Novruzlu, Həmzəlilər və Daşdəmirlər.[5]

Əhalisi

İşğaldan yeni azad olunan Mərzili kəndinin təxmini 8.000 əhalisi respublikanın müxtəlif bölgələrində məskunlmışdır. Mərzili kəndi Qarabağ uğrunda gedən döyüşlərdə 36 nəfər hərbi 9 nəfər isə mülki şəhid vermişdir.

Şəxsiyyətləri

  • Elxan FeyziyevSHXÇDX-nın Nəsimi rayon idarəsinin rəisi, Polkovnik-leytenant
  • Xudu MəmmədovAMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, professor
  • Fazil Vəliyev - Xudu Məmmədovun yaxın qohumu , alim professor
  • Misir Rəhimovfizika-riyaziyyat elmləri doktoru, professor
  • Qoca Gözelov — Qarabağın adlı sanlı ağsaqqalı
  • Mikayıl Gözelov — Şuşa şəhərinin qəhrəman icra başçısı, ictimai xadim
  • Mirəli FeyziyevFHN- nın Qarabağ Regional idarəsinin rəisi, polkovnik
  • Yusif Semedov - görkemli alim texnika üzrə fəlsəfə doktoru
  • Rüstem Ezizov - görkemli jurnalist, filologiya üzrə fəlsəfə doktoru
  • Boran Ezizov - tarixçi alim
  • Zabil Bayramlı - tarixçi alim
  • Valeh Baxşəli - professor
  • Semedov Mehemmed - kend tesserüfatı elmler namizedi
  • Asif Mərzilipublisist, yazıçı
  • Mirələm Vəliyevpsixologiya elmləri namizədi, dosent
  • Sultan Mərzili — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü
  • Məmməd Mərzili — yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
  • Feyruz Mustafayev — İctimai xadim, Sosialist əməyi qəhrəmanı
  • Tofiq Babayev — DTX-nın General- Mayoru
  • Bəhlul Bayramov — Sosialist əməyi qəhrəmanı
  • Şahlar Həsənoğlu — yazıçı,Azərbaycan Yazıçılar Birliyi-nin üzvü tarix elmləri üzrə fəlsəfə doktoru
  • Ramil MərziliAYB- nin üzvü, şair
  • Şakir Bayramov — professor, Sankt-peterburq Aviasiya Universietitinin professoru
  • Əvəz Bayramov — Sankt-Peterburq Aviasiya Universiteti]]nin professoru
  • Şahin BayramovMingəçevir Dövlət Universitetinin Rektoru, iqtisad üzrə fəlsəfə doktoru professor
  • İmdat Bayramov — professor
  • Surxay Məmmədov — Mərzili kəndinin ilk ziyalılarından biri, [[Sankt-Peterburq Mühəndislik İnistutunun məzunu, ictimai xadim
  • Əlikişi Vəliyev — ictimai xadim
  • Saday Bayramov — professor
  • Əsgər Məmmədov - Azərbaycan RespulikasıRusiya Federasiyasının rəssamlar ittifaqının üzvü, Rusiyanın əməkdar rəssamı
  • Nizami Şükürov — oftomoloq, göz cərrahı 1-ci Qarabağ müharibəsinin şəhidi
  • Hacı Ramazan Hüseynov — din xadimi
  • Hüseynalı Hüseynov — kimya elmləri üzrə fəlsəfə doktoru
  • Tofiq Abdullayev — DİN in istefada olan polkovniki
  • Rəfael ƏzizovDİN in istefada olan polkovniki
  • Səfər ŞirinovDİN in istefada olan mayoru
  • Yavər Səmədov — texnika elmlər doktoru
  • Arif Əzimov — kənd təsərrüfatı üzrə fəlsəfə doktoru
  • Akif Məmmədov — tarix üzrə fəlsəfə doktoru
  • Əbülfət Məmmədov — kimya elmləri üzrə fəlsəfə doktoru
  • Yaqub Səmədov — tarix elmləri doktoru, professor
  • Hüseyn Hacıyev — Azərbaycan Pedoqoji Universitetinin nəşriyyat şöbəsinin müdiri
  • Elçin Xıdırov — tibb elmləri üzrə fəlsəfə doktoru
  • Piri Şükürov — geologiya- mineralogiya üzrə fəlsəfə doktoru
  • Şahlar Əzizov — geologiya-mineralogiya üzrə fəlsəfə doktoru
  • Vaqif Qasımov — kimya elmləri üzrə fəlsəfə doktoru
  • Şükür Şükürov — kimya elmləri doktoru
  • Cavanşir Muradov — filologiya elmləri üzrə fəlsəfə doktoru
  • Vidadi Əzizov — fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru
  • Sevinc Sarıyeva — xanəndə
  • Zeynal kişi — el ağsaqqalı

Digər

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "Ağdam Ağrıları - Baxşeyiş Abbasoğlu, "Şuşa" nəşriyyatı, 2003-cü il" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-10-16.
  3. "Səda - Qəhrəman tankçı (06.05.2016)". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  4. "Arzu Abdullayeva: Ağdamın Mərzili kəndi yaxınlığında 21 azərbaycanlının basdırıldığı kütləvi məzarlıq aşkarlanıb". 2011-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  5. B.Budaqov, Q.Qeybullayev. Yuxarı Qarabağın Toponimləri. Bakı, 2005

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.