Məryəm Əlibəyli
Məryəm Əliəkbər qızı Əlibəyli (d. 1 oktyabr 1968) — bəstəkar, musiqişünas.
Məryəm Əlibəyli | |
---|---|
Məryəm Əliəkbər qızı Əlibəyli | |
Ümumi məlumatlar | |
Doğum adı | Məryəm Əliəkbər qızı Əlibəyli |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, musiqişünas |
Janrlar | estrada musiqisi, pop musiqi |
Musiqi aləti | Piano |
Həyatı
Məryəm Əli Əkbər Qızı Əlibəyli 1 oktyabr 1968-ci ildə Bakıda anadan olmuşdur. 1976-1987-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində "fortepiano və tarixi nəzəriyyə" ixtisası üzrə təhsil almış, 8-ci sinifdən hekayə, şeir və mahnılar yazmağa başlamışdır. 1987-1991-ci illərdə Bakı Musiqi Akademiyasının "tarixi nəzəriyyə və musiqişünaslıq" fakültəsində təhsil alaraq musiqişünas ixtisasına yiyələnmişdir.
Yaradıcılığı
1993-2000-ci illərdə xalq artisti, bəstəkar Aqşin Əlizadənin tövsiyəsi ilə Azərbaycan Dövlət Teleradio şirkətində - televiziyada musiqi redaksiyasında, radioda "Xarici ölkələrə verilişlər" şöbəsində musiqi redaktoru vəzifələrində çalışmışdır. "Durna teli", "Ailələr və talelər", "Xəyalə və dostları", "Çərək, çərək, gəl görüşək", "Uşaqların şəhəri" adlı televiziya proqramlarının musiqi və ssenari müəllifi, musiqi redaktoru olmuşdur. 1990-cı ildə Xəyalə Manaflını 5 yaşında estrada janrında oxuyan ilk uşaq müğənni kimi səhnəyə gətirmiş, musiqi prodüseri kimi onun formalaşmasında əmək sahibi olmuşdur. 2000-ci ildə bəstəkar Natiq Qəzənfəroğlu ilə birlikdə gənclərdən ibarət "NM" pop qrupunun, 2004-cü ildə isə Azərbaycanda ilk uşaq pop qrupu olan "Can Bala" qrupunu yaratmış və bədii rəhbəri olmuşdur. 2005-2015-ci illərdə "Noğullar", "Gülən Notlar","Kəpənəklər", "Dostlar" kimi uşaq estrada qruplarının yaradıcısı və musiqi rəhbəri olmuşdur. 2004-2012-ci illərdə Azərbaycan Dövlət Uşaq Filarmoniyası,Heydər Əliyev adına Müasir Təhsil Məktəbində, 2011-2013-cü illərdə Xətai rayon mədəniyyət evində, 132-134 saylı məktəb-bağça təhsil kompleksində musiqi kollektivlərinin bədii rəhbəri kimi çalışmışdır.
Bəstələdiyi musiqilər
200-dən çox nəğmələrə, o cümlədən 70-dan artıq uşaq mahnılarına şeir yazmış və musiqi bəstələmişdir. "Ailələr və talelər", "Uşaqların şəhəri", "Xəyalə və dostları" kimi verilişlərə, Gənc Tamaşaçılar Teatrında "Biri vardı, biri yoxdu", "Qoğal" nağıl tamaşalarına, "Möcüzələr aləminə səyahət" adlı uşaq fiminə, "Son addım" teleserialına ,"Ortastatistik Rasim "filminə musiqi bəstələmişdir. Bir neçə estrada pyesinin müəllifidir.
Məqalələr və şeirlər
Üzeyir Hacıbəyov, Aqşin Əlizadə, Nazim Əliverdibəyov haqqında, Azərbaycan estrada musiqisi barədə bir çox məqalələrin və şeirlərin müəllifidir.
Məşhur mahnıları
- "Hoydu dəlilərim, hoydu!" - Elxan Əhədzadə
- "Gülümsə üzümə, Azərbaycanım" - Flora Kərimova
- "Bakı-1990-Yanvar" - Azərin
- "Səni itirəndən" - Azərin
- "Ailələr və talelər" - Natəvan Şeyxova və Oqtay Ağayev dueti
- "Yeni dövrü gəlir Azərbaycanın"
- "Əlvida" - Manana Caparidze
- "Kimə inanasan" - "NM" qrupu
- "Səndən başqa kimim var?" - NM qrupu
- "Sevin ey insanlar" - NM qrupu
- "Xəyalə, hara belə?" - Xəyalə Manaflı
- "Bax belə - Xəyalə Manaflı
- "Ürəyimdə sözm var - Xəyalə Manaflı
- "Nəğmələr" - Yalçın Rzazadə və Xəyalə Manaflı
- "Xarıbülbül" - Azərin
- "Voleybol Federasiyasının himni" - Brilliant Dadaşova
- "Can bala" - "Can Bala" pop qrupu
- "Uşaqların şəhəri" - "Can Bala" pop qrupu
- "Darıxsan əgər" - Elnarə xəlilova
- "Canımın içi" - Miri Yusif
- "Böyüklər istəyir ki" - "Can Bala" pop qrupu
- "Günəş" - "Can Bala" pop qrupu
- "Uşaqların şəhəri" - "Can Bala" pop qrupu
- "Anacan" - "Can Bala" pop qrupu
- "Quzu" - Noğullar qrupu
- "Bakı" - Noğullar qrupu
Mükafatları
2003-ci ildə Mədəniyyət və Turizm Nazirliyi və "Orizona" firması tərəfindən keçirilən "Nəğmələrin nəğməsi" mahnı müsabiqəsinin diplomuna, 2015-ci ildə "Qafqaz-Media" ictimai birliyinin təsis etdiyi "Heydər Zirvəsi" diplomuna layiq görülmüşdür