Mərmərə Universiteti Atatürk Pedaqoji fakültəsi

Atatürk Pedaqoji fakültəsi (türk. Atatürk Eğitim Fakültesi) — Mərmərə Universitetinə bağlı fakültə. 1998-ci ildə Atatürk Pedaqoji fakültəsi Ali Təhsil Şurası tərəfindən ölkənin bütün təhsil fakültələri ilə birlikdə yenidən qurulmuşdur. Bu nizamlanma ilə orta təhsildə sosial, elm və riyaziyyat sahələrində müəllim hazırlayan tələbələr fənn-ədəbiyyat fakültələrində təhsil almaqları əsasa bağlandı. 20192020 tədris ili etibarilə Atatürk pedaqoji fakültəsinin 44 professor, 48 dosent, 40 doktor müəllim, 27 mühazirəçi, 52 tədqiqatçı köməkçi, 14 xarici mütəxəssisdən ibarət 225 nəfərlik akademik heyəti var. Bundan əlavə, 160-ı xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə 6402 tələbə ixtisaslı təhsil və təlim prosesi yolu ilə yaxşı təchiz olunmuş müəllim namizədi kimi yetişdirilir. Təhsil 4 ildir.[3]

Atatürk Pedaqoji fakültəsi
Mərmərə Universiteti
Yaradılma tarixi 1998
Dekan Əhməd Şükrü Özdəmir
Tələbə sayı 9245 (2012)[1]
Yerləşməsi
Ölkə
Ünvan Türkiyə Kadıköy, İstanbul
Digər məlumatlar
Şüar Köklü keçmiş, güclü gələcək[2]
Sayt aef.marmara.edu.tr

Türkiyənin ən qədim və köklü pedaqoji fakültələrindən biri olan Atatürk Pedaqoji fakültəsi, Mərmərə Universitetinin İstanbulun Asiya hissəsindəki Göztəpə şəhərciyində yerləşir.[4]

Tarixçə

Atatürk Təhsil Fakültəsinin tarixi 1848-ci ildə açılan Darülmuallimin-i Rüşdiyə əsaslanır. 16 mart 1848-ci ildə İstanbulda açılan bu məktəbin qurulmasında məqsəd Osmanlı İmperiyasının ilk mülki və müasir təhsil ocaqları olan lisey şagirdləri üçün müəllim yetişdirmək idi. Osmanlı təhsil sistemi fransız təhsil sistemi modelinə uyğun olaraq 1869-cu ildə “Ümumi Təhsil üçün Əsasnamə” ilə yenidən quruldu. Bu Əsasnamə ilə ibtidai təhsil, orta təhsil və ali təhsildən ibarət üç mərhələli bir təhsil sisteminin qurulması nəzərdə tutuldu. Reqlamentə görə, İstanbulda açılacaq bir Dârülmuallimîn-i Kebir, orta məktəb, idâdi və sultanlar kimi ibtidai və orta təhsil üçün müəllimlər hazırlayacaq; Dârülmuallimîn-i Sıbyan bu sistemin xaricində olsa da, idarəetmə baxımından bu quruma bağlıdır. Bu, çox inkişaf etmiş bir fikir idi və bugünkü təhsil fakültələri kimi, bir qurumun bütün təhsil səviyyələri üçün müəllimlərin hazırlanmasına rəhbərlik edirdi.[5]

Respublikanın elanından sonra Darülmuallimin-i Aliye bir müddət Yüksek Müəllim Məktəbi adı altında fəaliyyət göstərdi. 1923-1924-cü tədris ilində, bir neçə il əvvəl bağlanmış olan İhzari proqramının yerinə orta məktəblər müəllimləri hazırlamaq üçün alt bölmə açıldı. Lakin bu bölmə uzun müddət davam etmədi. 1936-cı ildə Ali Müəllimlər Məktəbi adı verilən məktəb, yalnız orta məktəb müəllimlərini yetişdirən bir müəssisə olaraq fəaliyyətini davam etdirdi. 1959-cu ilə qədər təkcə orta təhsil verən qurum olma xüsusiyyətini qorudu. İbtidai məktəblər üçün müəllim hazırlayan bölmə isə Kişi Müəllimlər Məktəbi adı altında fəaliyyət göstərirdi. 1946-1947-ci tədris ilində, 1848-ci ildə açılan Dârülmuallimîn-i Rüşdî vəzifəsini yerinə yetirmək və beləliklə orta məktəblər üçün müəllim yetişdirmək üçün İstanbul Atatürk Təhsil İnstitutu açıldı. Bu yeni qurum Türkiyədə ixtisaslı pedaqoji heyət yetişdirməyə olduqca dəstək olmuşdur.

Atatürk Təhsil Fakültəsi Təhsil Məktəbi və səkkiz akademik proqram ilə fəaliyyətə başladı. Təhsil Fakültəsi 1992-ci ildə bağlanmış məktəbəqədər və ibtidai sinif tədris şöbələri birbaşa fakültəyə qoşuldu. Bir il sonra, 1982-ci ilə qədər Milli Təhsil Nazirliyinin nəzdindəki Anadoluhisarı Gənclər və İdman Akademiyasından fakültənin Bədən Tərbiyəsi və İdman şöbəsinə çevrilən akademik proqram, Marmara Universiteti Rektorluğu nəzdində Bədən Tərbiyəsi və İdman Məktəbi oldu. 1994-cü ildə birdən çox diplom verən Elm, Sosial Elmlər və Xarici Dil Təhsili akademik proqramları ləğv edildi və hər proqram ayrı bir şöbəyə çevrildi. Beləliklə, fakültədəki şöbələrin sayı on yeddiyə çatdırıldı. 1998-ci ildə Atatürk Pedaqoji fakültəsi Ali Təhsil Şurası tərəfindən ölkənin bütün təhsil fakültələri ilə birlikdə yenidən qurulmuşdur. Bu nizamlanma ilə orta təhsildə sosial, elm və riyaziyyat sahələrində müəllim hazırlayan tələbələr fənn-ədəbiyyat fakültələrində təhsil almaqları əsasa bağlandı.

Akademik proqramlar

Atatürk Pedaqoji fakültəsində əsas 27 akademik proqram tədris olunur:[6]

  • Kompüter və təlim texnologiyaları müəllimliyi
  • Təhsil Elmləri müəllimliyi
  • Təsviri İncəsənət müəllimliyi
  • Riyaziyyat müəllimliyi
  • Xüsusi təhsil müəllimliyi
  • Təməl təhsil müəllimliyi
  • Alman dili müəllimliyi
  • Ərəb dili müəllimliyi
  • Biologiya müəllimliyi
  • Coğrafiya müəllimliyi
  • Təhsil menecmenti
  • Təhsil eksperti
  • Fizika müəllimliyi
  • Fransız dili müəllimliyi
  • İbtidai riyaziyyat müəllimliyi
  • İngilis dili müəllimliyi
  • Kimya müəllimliyi
  • Ali riyaziyyat müəllimliyi
  • Musiqi müəllimliyi
  • Məktəbəqədər təhsil müəllimliyi
  • Rəhbərlik və psixoloji məsləhət
  • Sinif rəhbərliyi
  • Sosial araşdırmalar müəllimliyi
  • Tarix müəllimliyi
  • Türk dili və ədəbiyyatı müəllimliyi
  • Türk dili müəllimliyi
  • Zehni əlil müəllimliyi

Dekanlar

İstinadlar

  1. "İstatistikler - Marmara Üniversitesi". www.marmara.edu.tr (türk). 20 fevral 2019. 1 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2020.
  2. Yurt, Veda. "Başkanın Mesajı - Bilgi İşlem Daire Başkanlığı - Marmara Üniversitesi". bidb.marmara.edu.tr. 29 avqust 2019. 1 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2020.
  3. "Genel Bilgiler - Atatürk Eğitim Fakültesi - Marmara Üniversitesi". aef.marmara.edu.tr (türk). 18 dekabr 2019. 1 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2020.
  4. "İletişim - Marmara Üniversitesi". aef.marmara.edu.tr (türk). 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2020.
  5. "Tarihçe - Atatürk Eğitim Fakültesi - Marmara Üniversitesi". aef.marmara.edu.tr. 21 sentyabr 2018. 1 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2020.
  6. "Bölümler - Atatürk Eğitim Fakültesi - Marmara Üniversitesi". aef.marmara.edu.tr (türk). 15 aprel 2013. 1 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2020.
  7. "Dekanlarımız - Atatürk Eğitim Fakültesi - Marmara Üniversitesi". aef.marmara.edu.tr (türk). 21 sentyabr 2018. 1 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2020.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.