Mərkəzi ada

Mərkəzi ada və ya digər adı ilə Timsah adasıKeniyadakı Turkana gölünün ortasında yerləşən vulkanik bir adadır. Ada həmçinin Keniya Vəhşi Təbiət Xidməti tərəfindən idarə olunan Mərkəzi Ada Milli Parkının ərazisinə daxildir.[1]

Mərkəzi ada
Ölkə Keniya Keniya
Tip Təbii
Kriteriya (viii), (x)
Keçid 801bis-002
Region Afrika [* 1]
Daxil edilməsi 1997  (21-ci sessiya)
Genişləndirilməsi 2001
Mərkəzi ada xəritədə
Mərkəzi ada
Mərkəzi ada

Ondan çox krater və konusdan ibarətdir, bunlardan üçündə kiçik göllər yerləşir. İki ən böyük göl bir kilometr genişliyə və təxminən 80 m dərinliyə qədər olan kraterləri qismən doldurur. Əsasən bazaltdan ibarət olan adada ən yüksək nöqtə göl səthindən təxminən 190 m yüksəklikdə olmaqla 550 metr hündürlüyündədir.

Kiçik bir partlayış kraterinin şərqdən qərbə uzanan zənciri 3 km enindədir və adanın şərq tərəfini kəsir. Cənub şərqdəki bir neçə kiçik ada qismən sualtında olan kraterlərə işarədir və adanın yaxınlığındakı göl səthinin altında digər konuslar və vulkan sütunları yatır.

Adadakı ən gənc tuf və lavalar Holosenə aid ola bilər. 1974-cü ildə adadan ərimiş kükürdün və buxar buludlarının sıx emissiyası müşahidə edilmişdir.[2]

İstinadlar


This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.