Sentral park
Sentral park və ya Mərkəzi park (ing. Central park) — Amerika Birləşmiş Ştatlarının, Nyu-York şəhərinin, Manhetten rayonunda yerləşən 341 hektar ərazisi olan çox böyük ümumi bir şəhər parkıdır. İllik orta hesabla 25 milyon ziyarətçisi ilə Mərkəzi Park, Birləşmiş Amerikada ən çox ziyarət edilən şəhər parkıdır. Bir çox film və televiziya şouları bu parkı dünyada ən məşhur şəhər parkı etmişdir və həmçinin Mərkəzi parkda üzmək qanunlara ziddir. Sentral park, Dünyanın ən məşhur şəhər parklarından biridir və Nyu Yorkun simvollarındandır.
Sentral park | |
---|---|
ing. Central Park | |
Məlumatlar | |
Parkın tipi | Şəhər parkı |
Yerləşməsi | Manhetten, Nyu-York, Amerika Birləşmiş Ştatları |
Koordinatları | 40°47′ şm. e. 73°58′ q. u. |
Sahəsi | 843 akr (341 hektar) |
Yaradılıb | 1857 |
Tabeçiliyi | Central Park Conservancy |
Ziyartəçi sayı |
|
Statusu | İl boyu ziyarətə açıqdır |
Saytı |
nycgovparks.org/parks/ce… centralparknyc.org |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Nyu-york şəhərinin Manhetten rayonunda yerləşən xəstəlik saçan və nizamsız sahəyə sahib bir bataqlıq, şəhər xalqının nəfəs ala biləcəyi, zaman keçirə biləcəyi bir sahəyə çevrilməsi tələb olunmuşdur. Bunun üçün 1857-ci ildə Mərkəzi Park komissiyası sahə tənzimləmə müsabiqəsi keçirmişdir. Frederik Lo Olmsted və tərəfdaşı Calvert Vaux bu müsabiqəyə qatılmağa qərar vermişdi. Hazırladıqları layihə 33 layihədən birinci seçilmişdir. Olmsted mühəndis olaraq Sentral Park layihəsinin başına keçmişdir. Sahədə yaşayan təxminən 1600 yoxsul insan ərazidən çıxarılmışdır.
Barokko üslubu ilə (simmetrik olmayan, təbiiliyə yaxın) hazırlanan Sentral park dünyadakı ilk landşaft çalışmadır. Frederik Lo Olmsted bu işlə landşaft memarlığı və landşaft memarı anlayışlarını dünyaya tanıtmışdır. Bu səbəblə landşaft memarlığının atası olaraq qəbul edilir.
Parkın bu günə uyğun olan dəyərinin 200 milyon dollar olduğu söylənilir.
Təbii həyat
Sentral parkda 120 müxtəlif bitki növü, 26.000-dən çox ağac, 25 quş növü, 130 heyvan növü var.
Sentral parkda yerləşən ağacların bir qismi aşağıdakılardır:
- Acer campestre Çöl ağcaqayını
- Accer Ginnala
- Acer palmatum Yapon ağcaqayını
- Acer platanoides
- Acer pseudoplatanus Çinaryarpaq ağcaqayını
- Acer saccharinum Gümüşü ağcaqayını
- Acer saccharum Şəkər ağcaqayını
- Aesculus glabra Çılpaq atşabalıdı
- Aesculus hippocastanum At şabalıdı
- Aesculus pavia Qırmızı şabalıdı
- Aesculus x carnea Qırmızıçiçək atşabalıdı
- Ailanthus altissima Uca aylant
- Aralia spinosa Tikanlı araliya
- Betula alleghaniensis Sarı tozağacı
- Betula lenta
- Betula nigra Qara tozağacı
- Betula papyrifera
- Celtis Dağdağan
- Cedrus atlantica Atlas sidri