Mərkəzi Balkan Milli Parkı

Mərkəzi Balkan Milli Parkı (bolq. Национален парк Централен Балкан) — Bolqarıstanın mərkəzində, Balkan dağları ərazisində mövcud olan qoruq zonası. Qoruq ərazisinin hündürlüyü 550 metrdən (Karlova şəhəri) 2376 metrə (Botev dağı) qədər dəyişir. Bu zirvə həmdə Balkan dağlarının ən hündür nöqtəsidir. Əsası 31 oktyabr 1991-ci ildə qoyulmuşdur. Sahəsinə görə ölkənin üçüncü böyük qoruğdur: 716,69 км² , uzunluğu — 85 км (qərbdən şərqə), orta eni 10 км. Qoruq beş vilayətin ərazisində yerləşir:Loveçski, Qabrovski, Sofia, Plovdivskiy və Starozaqorski. Park ərazisinə doqquz qoruq daxildir: Batin,Sariçina, Kozya-Stena, Steneto, Severen-Cendem, Peeşti-Skali, Sokolna, Cendema və Stara-Reka

Mərkəzi Balkan Milli Parkı
bolq. Национален парк Централен Балкан
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 71,6 min. hektar
Yaradılma tarixi 1991
Yerləşməsi
42°46′16″ şm. e. 24°29′43″ ş. u.
Ölkə  Bolqarıstan
Yerləşməsi Balkan dağları
visitcentralbalkan.net
Mərkəzi Balkan Milli Parkı xəritədə
Mərkəzi Balkan Milli Parkı
Mərkəzi Balkan Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mərkəzi Balkan — Avropanın ən böyük və dəyərli milli parklardan biridir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi parkı II kateqoriya ilə qiymətləndirib. Milli park və 8 qoruq BMT-nin xüsusi qorunan ərazilər siyahısına daxildir. Dörd qoruq həmçinin UNESCO-nun Beynəlxalq elmi tədqiqat «insan və biosfera» proqramına daxil edilib. Milli park PAN Parks fondunun üzvüdr.[1]

Ümumi məlumat

Parkı 1991-ci ildə unikal təbiəti qorumaq və şəhərlərin məhf edici təsirlərindən müdafiə etmək məqsədi ilə yaratmişlar. İdarəetmə təbiəti müdafiə nazirliyinə tabe olan direktorata məxsusdur.

Park ərazisində yüksək alp çəmənliklərinə, sıldırım qayalara, dərin kanyonyarğanlara rast gəlinir. Ərazidə hündürlüyü 2000 metrdən yüksək olan 20 dağ zirvəsi mövcuddur. Mərkəzi Balkan Milli Parkı turistlərin, təbiəti sevərlərin və alimlərin sevimli məkanıdır.

Park Rodop qarışıq meşələr zonasında yerləşir. Ərazidə çoxlu nadir bitki və heyvan növləri mövcuddur. Ağac və bitkilərin ümumi növ tərkibi 2340 dan çoxdur. Ərazinin 56 % -ni meşə örtüyü tutur. Park ərazisində 59 məməli, 224 quş, 14 sürünən və 6 balıq növü yaşayır.

Mənbə

Həmçinin bax

İstinadlar

  1. "Bulgarian Primeval Beech Forests in "Central Balkan" Added to UNESCO List". BNT. Bulgarian National Television. 2017-07-12. 2018-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-22.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.