Mərifət (Cavad Amuli)

MərifətCavad Amulinin Mərifətşünaslıq (epistemologiya) mövzusunda, onun Quran ayələrində yeri, keçmişdə yaşamış bəzi ümmətlərin mərifətşünaslıq sahəsində buraxdıqları xətalar barədə olan kitabı.

Mərifət
Müəllif Cavad Amuli
Janr Mərifətşünaslıq
Ölkələr Azərbaycan Azərbaycan
Tərcüməçi Rövşən Abdullaoğlu
Seriya Mərifətşünaslıq və hikmət elmləri
Nəşriyyat Qədim Qala (2012)
Səhifə 144
ISBN ISBN 978-9952-8175-8-4

Məzmun

Bu kitab Mərifətşünaslıq (epistemologiya) mövzusunda, onun Quran ayələrində yeri, keçmişdə yaşamış bəzi ümmətlərin mərifətşünaslıq sahəsində buraxdıqları xətalar barədə qələmə alınmışdır. Mərifətşünaslıq elminin əsasları barədə bəhs qədim zamanlardan mütəfəkkirlər arasında mövcud olmasına baxmayaraq, bir elm kimi formalaşması bizim əsrimizə təsadüf edir. Mərifətşünaslıq insan düşüncəsinə əsaslı surətdə təsir edərək onun ideologiyasını nizama salıb yanlışlıqlardan qoruyan mühüm bir elm sahəsidir. Hər bir mütəfəkkir ideoloji əsaslarını qurmamışdan əvvəl mərifətşünaslıq barədə araşdırma aparmalıdır. Əks təqdirdə xətaya düşməsi qaçınılmazdır.

Nəşr

Kitab 2012-ci ildə Rövşən Abdullaoğlu tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "Mərifətşünaslıq və hikmət elmləri" silsiləsindən 144 səhifədə 60x90 ölçüsündə çap edilib.[1]

İstinadlar

  1. "Mərifət" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.