Mərdangöl nekropolu

Mərdangöl nekropoluOrdubad rayonunun ərazisindəki Xarabagilanda yerləşən tarixi abidə.

Mərdangöl nekropolundakı qəbir abidələrinin quruluşu Xalıkeşanda olanlarla oxşardır. Qəbir abidələrinin tədqiqi zamanı bozçəhrayı rəngli keramika qabları aşkar edilmişdir. Boya ilə naxışlanmış qablar azlıq təşkil edir. Qazıntılar zamanı, həmçinin dəmir əşyaların parçaları, tuncdan hazırlanmış bəzək əşyaları, xeyli miqdarda muncuq da tapılmışdır. Muncuqlar arasında ağ rəngli daşdan hazırlanmış silindrik möhürlər də vardır.

Mənbə

  • Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.