Mərceyi-təqlid

Mərceyi-təqlid və ya Mərce (fars. مرجع تقلید, ərəb. مرجع تقليد) — Şiə məzhəbi olan Cəfəriliyin fiqhi məktəblərindən biri olan Üsulliyə görə, fətvası tətbiq edilən ictihadı olan ən mötəbər ayətullaha verilən addır. Bu məqama çatan ayətullahlara "ən üstün olan" mənasını verən "əl-uzma" sifəti əlavə edilir və beləliklə, onlara böyük ayətullahlar deyilir. Təqlid üçün müraciət edəcək şəxs mənasını verən bu başlıq XVIII əsrin sonlarından qəbul edilmişdir[1].

İstinadlar

  1. Hamid Algar, TDV İslâm Ansiklopedisi, cilt: 29, sayfa: 172

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.