Məqsudə Əliyeva
Məqsudə Həsənağa qızı Əliyeva (d. 9 mart 1965) — azərbaycanlı aktrisa
Məqsudə Əliyeva | |
---|---|
Məqsudə Həsənağa qızı Əliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (57 yaşında) |
Vəfat yeri | Lənkəran |
Vəfat səbəbi | Xərçəng |
Dəfn yeri | Lənkəran şəhər qəbiristanlığı |
Vətəndaşlığı |
Azərbaycan SSR Azərbaycan |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1981 - 2022 |
Həyatı
Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1986-cı ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib. Aktrisa Məqsudə Əliyeva uzun sürən xəstəlikdən sonra 08 dekabr 2022-ci ildə vəfat etmişdir.[1]
Fəaliyyəti
N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb.[1]
Teatr səhnəsindəki rolları
- Elçin “Mahmud və Məryəm” - Qulluqçu qızı[1]
- H. Mirələmov “Vicdanın hökmü” - Rus qızı
- H. Mirələmov “Ləyaqət” - Erməni qızı
- Ə. Orucoğlu “Pul dəlisi” - Solist
- A. Zeynalov “Zəncirlənmiş toy busat” -Şeytanın köməkçisi[1]
- Ə. Əmirli “Onun iki qabırğası” - Qumaş
- S. S. Axundov “Qaraca qız” - Nərgiz
- B. Rzayev “Təpəgözun qayıtması” - III-cin
- V. Qauf “Xəlifə leylək” - II-leylək
- N.B.Vəzirov “Ağa Kərim xan Ərdəbili” – Bədircahan[1]
Filmoqrafiya
- 2 (film, 2009) (qısametrajlı bədii film) (rol: ana)
- Günəşim ol (teleserial, 2016) (bədii serial) (rol: Zərnişan)
İstinadlar
- "Əliyeva Məqsudə Həsənağa qızı" (az.). Lənkəran Dövlət Dram Teatrı. İstifadə tarixi: 2017-08-24.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.