Məqsəd Səttarov
Məqsəd Səttarov (1925, Ağstafa – 2000, Bakı) — AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor[1]
Məqsəd Səttarov | |
---|---|
Məqsəd Məhəmmədəli oğlu Səttarov | |
Doğum tarixi | 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 2000 |
Vəfat yeri | |
Elm sahəsi | fəlsəfə |
Elmi dərəcələri | |
İş yeri | |
Üzvlüyü |
Həyatı
Məqsəd Məhəmmədəli oğlu Səttarov 1925-ci ildə Poylu kəndində kəndli ailəsində anadan olmuşdur. O, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə daxil olmuş, 1950-ci ildə oranı bitirmişdir.
Məqsəd Səttarov 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri, AMEA-nın Fəlsəfə kafedrasının müdiri vəzifələrində çalışmışdır.
Müharibə və əmək veteranı kimi medallarla və fəxri fərmanlarla təltif edilmişdir.
Məqsəd Səttarov 2000-ci ildə Bakıda vəfat etmişdir. Professor Tofiq Məmmədovun əmisi oğlu.
Elmi yaradıcılığı
Məqsəd Səttarovun elmi yaradıcılığı ictimai şüurun inkişaf qanunauyğunluqları istiqamətlərini, din və ateizm məsələlərini əhatə etmişdir. Alim Azərbaycanın mənəvi-mədəni həyatında islamın yeri və rolu, ictimai şüurun strukturu və onun ünsürlərinin qarşılıqlı təsiri, ictimai şüurun yeniləşdirilməsi yollarını araşdırmışdır.
Azərbaycan Texnologiya Universitetinin Fəlsəfə və tarix kafedrasının elmi-nəzəri və kadr potensialının artırılmasında Məqsəd Səttarovun xidmətləri çox olmuşdur.[2]
Kitabları
- N. Nərimanov və din. Bakı, 1995
- İnsan və cəmiyyət haqqında düşüncələr. Bakı , 2000[3]
İstinadlar
- "Fəlsəfə və Hüquq İnstitutu". 2015-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-26.
- Azərbaycan Texnologiya Universiteti
- Azərbaycan Kitabxanaları Toplu Elektron Kataloq
Ədəbiyyat
- Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri haqqında məlumat kitabı. II cild. Bakı, Elm, 2005. səh. 291