Mənzər Şərifova
Mənzər xanım Rüstəm bəy qızı Şərifova — maarif xadimi, pedaqoq.
Mənzər Şərifova | |
---|---|
Mənzər Rüstəm bəy qızı Şərifova | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat yeri | Ağdam, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Həyat yoldaşı | İldırım xan Şərifov |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | pedaqoq |
Həyatı və fəaliyyəti
Mənzər xanım Rüstəm bəy qızı Şərifova Şuşa şəhərində anadan olmuşdur. Atası Rüstəm bəy Şuşanın adlı-sanlı bəylərindən sayılmışdır. Onun Şuşada qız məktəbində oxuması deyilir.[1]
Mənzər xanım Şərifova gənc yaşlarından pedaqoji fəaliyyətlə məşğul olmuşdur. XX əsrin 20-ci illərində Ağdamın Seyidli kəndində ilk qız məktəbinin (Ünas məktəbi) açılması və fəaliyyəti onun adı ilə bağlıdır. O, ilk vaxtlar qız şagirdlərinə evində dərs keçmişdir. Sonralar dərsi Abdulla bəyin Seyidli kəndindəki evində davam etdirmişdir.[1]
Mənzər xanım Şərifova sonralar Ağdam şəhər 2 nömrəli beynəlmiləl orta məktəbin ibtidai sinif müəlliməsi işləmişdir. 2 nömrəli beynəlmiləl orta məktəbdə dərs dediyi illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin fevral 1949-cu il tarixli fərmanı ilə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. O, Ağdam rayonu üzrə orden və medallarla təltif edilmiş 35 nəfər müəllimdən biri olmuşdur.[1]
Ailəsi
Mənzər xanım Şərifova Çar Rusiyası və Azərbaycan Demokratik Respublikası dövründə Ağdam şəhərinin pristavı vəzifəsində işləmiş İldırım xan Şərifovla ailə həyatı qurmuşdur.[1]
İstinadlar
- Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017
Mənbə
- Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017
Həmçinin bax
- Seyidli oymağı
- Ağdam rayonunun Seyidli kəndi
- Şərifli nəsli
- İldırım xan Şərifov