Mənsur knyazlığı

Mənsur knyazlığı (tatar. Мансур кенәзлеге) — XIV-XVI əsrlərdə müasir Ukraynanın (əsasən SumıPoltava vilayətlərinin ərazisi) şimal-şərqində tatar-şimal tayfalarının qurduqları dövlət. Tarixçi A.A.Şennikovun mülahizəsinə görə knyazlıq 1380-ci ildə qurulmuşdur. Knyazlığın qurucusu Qlinski sülaləsinin təməlini qoyan sinə görə qurucusu qıpçaq əsilli Kiyat qəbiləsindən Qızıl Orda sərkərdəsi Mamayın oğlu Mansur olmuşdur.[1][2] Mənsur knyazlığının Lipka tatarlarının dövləti də adlandırmaq olar.

Knyazlıq
Mənsur knyazlığı
tatar. Мансур кенәзлеге

Rəsmi dilləri qıpçaq, qədim rus
Dövlət dini Xristian, İslam, Bütpərəst
Əhalisi slavyanlar, tatarlar
İdarəetmə forması monarxiya
Knyaz
   Mənsur (1381-ci ildən)
Aleksandr Qlinski (1391-ci ildən)

Tarixi

Mamay 1380-ci ildə Litva knyazlığından köməyin gecikməsi səbəbindən Moskva şahzadəsi Dmitri Donskoyun ordusu ilə Kulikovo döyüşündə məğlub oldu. Döyüşdə məğlub olub geri çəkilən Mamayın Azov dənizi sahilində qarşısını kəsdilər. Burada Kalka (Kalçık) çayı sahilində onun Toxtamış xanla son döyüşü oldu. Qıpçaqlara birləşən ruslar onların böyük yardımı ilə Mamayı yendilər. Mamay bu uğursuz döyüşdən canını zorla qurtarıb Krıma qaça bildi. Lakin Krım torpaqlarına çəkilən Mamayı burada da uğursuzluq gözləyirdi. 1381-ci ildə Kafa şəhərində (indiki adı Feodosiya) Mamay genuyalılar tərəfindən xaincəsinə öldürüldü.[3]

Yaranması

Mamayın qətlə yetirilməsindən sonra Mənsur-Kiyat (ehtimal ki, Mamayın oğullarından biri) yeni xanın qəzəbindən qorxaraq Krımı tərk etdi. O, doğma Qıpçaq çöllərinə (yəni Qara dəniz bölgəsinin şimal hissəsinə və Azov dənizi bölgəsinə) sığındı. Burada Mənsur yerli qıpçaqlardan yeni qoşun topladı və öz dövlətini yaratmaq üçün şimala doğru hərəkət etdi. Müasir Sumı və Poltava vilayətləri ərazisində, Mənsur (Qlinski şəcərə əfsanəsinı görə - Mənsur-Kiyat Mamay oğlu) bir neçə şəhəri bərpa etdi. Bunlar Qlinsk, qlinnitsa, Poltava və bu torpaqları qonşu dövlətlərdən müstəqil olaraq mülkləri elan etdi. Bu yeni dövlətin ərazisinə Poltava vilayətindəki Vorskla və Sula çayları arasındakı bölgə də daxil idi.[4].

Knyazlığın mərkəzi müasir Qlinsk kəndinin ərazisində yerləşən taxtadan tikilmiş Qlinsk adlı qala-şəhəri idi. Digər versiyalara görə bu şəhər indiki Poltava və ya Zolotonoşa ərazisində yerləşmişdir.

1391-ci ildə Samara yaxınlığında Əmir Teymurun qoşunları ilə döyüşdə knyazlığın banisi Mənsur öldürüldü.

XV əsr rəsmi Litva sənədlərində burada hökmranlıq edən şahzadələr, yaşayış yerlərinin yerləşdiyi şəhər adına uyğun Qlinski şahzadələri adlandırılmağa başlanmışdır. Ancaq XVI əsrin ortalarına qədər Qlinski sülaləsinin nümayəndələrinin əksəriyyəti sənədlərini Mamay soyadı ilə imzalamağa davam edirdilər. Belə ki, Kiyev Salnaməsində XVI əsrin birinci rübündə İvan Lvoviç Mamayın (Qlinski şahzadələrindən) Kiyev valisi olduğu xatırlanır. Çerkası vayevodası olan Boqdan Fedoroviç Qlinski (1488-95) də Mamay soyadından istifadə edirdi. Boqdan Mamay tarixin yaddaşında qısa müddət sonra kazaklar kimi tanınan ilk Çerkası sərhəd qoşunlarını təşkil etməklə qalmışdır. 1493-cü ildə onun rəhbərlik etdiyi Çerkası kazakları ilk dəfə özləri haqda Krım tatarları tərəfindən yeni tikilən Oçakovu almaqları ilə səs saldılar.[5]

Litvanın tərkibində

Böyük Litva knyazlığı Avropa xəritəsində

1392-ci ildə, knyazlıq müharibə edən iki böyük dövlətin - Qızıl OrdaBöyük Litva Hersoqluğunun hücumuna məruz qalırdı. Knyazlıq bu iki ölkə arasında seçim edərək Böyük Litva Hersoqu Vitovtun hakimiyyətini tanımaq qərarına gəldi. Yeni müttəfiq ilə siyasi əlaqələri gücləndirmək üçün, Mənsurun oğlu xristianlığı qəbul etdi və Aleksandr və ya Aleksa adını alaraq vəftiz edildi. Çox güman ki, Aleksa və Aleksandr (İskəndər) eyni adın iki versiyasıdır. Aleksa (Oleksa şəklində) hələ də Ukraynada Alekseyev və Aleksandrov adlarını çəkmək üçün istifadə olunur və Aleksandr və Aleksey tez-tez eyni adlı variant kimi qəbul edilir və eyni vaxtda istifadə olunurdu.

Rəsmin şəcərə sənədlərinə görə: “Aleksandrın oğlu İvan atası ilə vəftiz edildi. O günlərdə Kiyevə gəlmək üçün Litvanın böyük hersoqu Vitovtun dəvətini qəbul etdilər. Böyük hersoq Vitovt onları qulluqçular kimi deyil, qohumları kimi dürüstcə qəbul etdi və volostun mülkiyyətinin onlara verdi. Stanku, Horozov, Serekov, Qladkoviçin idarəçiliyi onlara keçdi. Böyük hersoq Vitovtu şahzadə İvan Aleksandroviçi Ostrojnski knyazı Danilanın qızı şahzadə Nastasya ilə nişanladı."

Beləliklə, əslində Vitovt, daha sonra Solsahil Ukrayna adlanacaq demək olar ki, bütün bölgənin nəzarətini Aleksandra təhvil verdi. Daha sonra Qlinskilərin mülkləri nəhəng ərazini əhatə etdi. Şimalda, Çerniqov və Sumı bölgələrinin cənub hissələri, şərqdə, müasir Kursk, BelqorodXarkov bölgələri, qərbdə, Çerkassk bölgəsinin sol sahili onların mülklərinə daxil idi. Şahzadələr özləri Böyük Litva knyazlığının ən güclü feodalları oldular.

Böyük Litva knyazlığına qoşulduqdan sonra daxili idarəetmə sistemi dəyişmədi. 1508-ci ilə qədər knyazlıq Litva Böyük Hersoqluğunun tərkibində yarı muxtar olaraq qaldı. İdarəetməsi və hüquqları Böyük Moskva knyazlığının ərazisində eyni vaxtda yaranan tatar Qasım xanlığına bənzəyirdi.

Bunun müqabilində knyaz Aleksandr və nəsli sərhədyanı torpaqları düşmənlərdən qorumalı və Litva şahzadələrinin müharibələrində iştirak etməli idi. Beləliklə, onsuz da 1399-cu ildə knyaz Aleksandrın qoşunları Vitovtun Qızıl Ordaya yürüşündə iştirak etmiş, lakin Vorskla çayı üzərindəki qızılordalılar tərəfindən məğlub edilmişdir. Litva salnamələrinə görə, Vorskla məğlubiyyətindən sonra Böyük knyaz Vitovtunun həyatını "Kazak Mamay" xilas etmişdi.

1390-cı illərdə Vitovtun dəstəyi ilə Skider adlı şəxs qıpçaq ordusu ilə Şimali Qara dəniz bölgəsinin qərb hissəsinə getdi və burada yerli qıpçaqların başçısı oldu. Böyük ehtimalla Skider İskəndər mənasını verə bilər. Belə ki, İslam dünyasında Aleksandr adının İskəndər şəklindı ərəbcə tələffüzü geniş yayılmışdır.

Bu və ya digər şəkildə, sərhəddə olan qıpçaqlarla ilə ittifaq sayəsində Böyük Litva Hersoqluğu sülh yolu ilə nəhəng bir vəhşi çölü öz ərazisi tərkibinə qataraq nəzarəti altına saxlayırdı. Bununla knyazlıq ərazisi baxımından Avropanın ən böyük dövlətinə çevrilmışdi.

İdarəetməsi

Bu torpaqlar ənənəvi olaraq slavyan və türkdilli xalqların sərhəd bölgələri olduğundan, knyazlığın formalaşdığı dövrdə az məskunlaşmışdılar və tərkibi etnik birlik baxımından müxtəlif idi. Burda əsasən şimal tayfalarının törəmələri, eləcə də köçəri qıpçaqlar yaşayırdılar. Bu amili və qonşu dövlətlərlə daim müharibə aparmağın zəruriliyini nəzərə alaraq şahzadə Mənsur yerli əhaliyə feodal idarəetmə sistemi tətbiq etmədi. Onsuz da istifadə olunan torpaqları ələ keçirmək, hər hansı bir vergi tətbiq etmək və öz rəhbərlərini təyin etmək mümkün deyildi. Yeganə yenilik yerli etnik icmaların vahid bir siyasi hakimiyyət altında birləşməsi və vəzifə olaraq ortaq düşmənə qarşı şahzadənin əmri altında birgə hərəkət etmək olmuşdur. Yerli idarəetmə sistemi əvvəlki kimi qaldı - yerli icmaların başçıları və döyüşçü rəhbərləri əhalinin özü tərəfindən seçilirdi. Hərbi kampaniya Mansur tərəfindən yalnız ümumi təsdiqdən sonra elan edilirdi. Buradakı şahzadələr həqiqi feodallardan daha çox kazak başçılarına bənzəyirdilər. Daha sonra getman (ataman) Zaporojye kazaklarından seçilməyə başlandı. Lakin qeydə alınan kazaklar arasında Polşa kralı ilə münasibətlər sistemi Mansurun siyasi sistemi ilə demək olar ki, eyni qaldı.

1638-ci ildə, daha sonra bu ərazidən keçən Rusiya-Polşa sərhədini dəqiqləşdirərkən Polşa təmsilçiləri, XV əsrin sonundan XVII əsrin əvvəllərinə qədər Polşa feodallarının nəsil şəcərəsi və mülklərinə dair bir sıra sənədlər təqdim etdilər. Sənədlərə görə burdakı mülklər artıq Qlinskylərə məxsus deyildi. Baxmayaraq ki, ərazidə mülklərə sahib Qlinskilərin müxtəlif soyadlı qohumları da var idi. 1570-ci və 1590-cı illərə aid iki sənəddə bu ərazinin sahibləri olaraq "Vorskolski severyanları"nin adı çəkilirdi. Onlar Qlinskinin varislərinin torpaqlarında yaşayırdılar. Lakin məhkəmə işlərində hər bir "şimallı" qrupu feodaldan asılı olmayaraq müstəqil kollektiv hüquqi şəxs kimi davranırdı. Amma əslində onlar natamam asılılığın əlaməti olaraq feodallara məxsus torpaqlarında yaşadıqlar üçün tam mülkiyyətə sahib deyildilər. 1570-ci ildə Polşa hakimiyyəti, Moskva knyazlığı protektoratı altından keçən bu "severyanlar"ı vergilərdən azad etdi.

"Mamay kazakları"

XV əsrdən başlayaraq əraziyə severyanların(ruslaşmış sabarlar) sabit köçü sayəsində yerli qıpçaq və türk əhalisinin assimilyasiyası başlanır. XV-XVII əsrlərdə severyanlar Polşa-Litva və Moskva dövlətlərinin bitişik hissələrinin sərhədlərini qoruyan hərbiləşdirilmiş sərhəd əhalisi idi. Göründüyü kimi, bir çox cəhətdən onlar erkən Zaporojye, Don və digər bənzər kazaklara bənzəyirdilər. Onlar kiçik muxtariyyət və ümumi hərbi təşkilata sahib idilər.

Mamay knyazları və onların fəaliyyətləri ukraynalıların xalq yaddaşında əfsanəvi “Kazak Mamay” şəklində qorunub saxlanılmışdır. Kazak Mamay, Ukrayna kazakları və xalqı üçün o qədər simvolik bir şəxsiyyət idi ki, Ukraynada xalq üsyanları başlayanda Mamay həmişə ortaya çıxırdı. Çerkass bölgəsindəki vətəndaş müharibəsi dövründə, Soyuq Yarın Qaydamakları arasında Mamai təxəllüsünü daşıyan üç başçı var idi. Əslində isə onların fərqli soyadları var idi.

İstinadlar

  1. Шенников А. А. Княжество потомков Мамая Arxivləşdirilib 2012-11-14 at the Wayback Machine // Депонировано в ИНИОН. — Л., 1981. — № 7380. — С. 20—22.
  2. Шенников А. А. ru:Червлёный Яр. Исследование по истории и географии Среднего Подонья в XIV-XVI вв. Arxivləşdirilib 2022-04-22 at the Wayback Machine — Л.: Наука, 1987. — 139 стр. Подготовка электронного текста книги завершена в апреле 2008 г.
  3. "Геков Б. Д., Якубовский А. Ю. Золотая орда и её падение. — М., Л.: Издательство Академии наук СССР, 1950". 2012-09-06 tarixində arxivləşdirilib.
  4. "Шенников А. А. Червлёный Яр. Исследование по истории и географии Среднего Подонья в XIV-XVI вв. — Л.: Наука, 1987". 2012-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-16.
  5. «Княжество потомков Мамая (к проблемам запустения Юго-Восточной Руси в XIV—XV веках)». Деп. в ИНИОН АН СССР 15.04.81. № 7380"

Ədəbiyyat

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.