Mənsur Vəkilov

Mənsur Vəkilov – şair, tərcüməçi, ssenarist, jurnalist. Əməkdar incəsənət xadimi (2003), "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru.

MƏNSUR VƏKİLOV
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
Həyat yoldaşı
Təhsili
Fəaliyyəti şair, yazıçı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı  — 2003

Görkəmli səhiyyə təşkilatçısı Fəxri Vəkilovun oğlu, ADR Parlamentinin üzvü, Azərbaycanda səhiyyənin ilk təşkilatçılarından biri olan Məmmədrza ağa Vəkilovun nəvəsi.

Həyatı

1939-cu ildə Bakıda ziyalı ailəsində ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin bitirmişdir. 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin orqanı olan "Литературный Азербайджан" jurnalında çalışmış,ədəbi işçidən Baş redaktora kimi böyük bir yol keçmişdir. Azərbaycan ədəbiyyatının rus dilində təbliği kimi mühüm işin başında duranlardan biri, Azərbaycan yazıçılar birliyinin katibi olmuşdur. Onun qələmindən çıxan nəzm nümunələri Ukrayna, gürcü, latış və digər xalqların dillərinə tərcümə olunmuşdur. Onun şeirlərini rus dilindən doğma dilimizə S.Məmmədzadə,N.Həsənzadə,F.Qoca, Ə.Muxtar, Ç. Əlioğlu tərcümə etmişlər.

Mənsur Vəkilov böyük tərcüməçilik fəaliyyətilə məşğul olmuş Səməd Vurğun, Hüseyn Arif, Vaqif Səmədoğlu, Əbülhəsən, Bəxtiyar Vahabzadə, Əli Kərim, Fikrət Qoca, Sabir Əhmədov, Vaqif Musa, Əkrəm Əylisli, Çingiz Əlioğlunun bir sıra şer və əsərlərini rus dilində səsləndirilmişdi.

Mənsur Vəkilov öz vətənində geniş oxucu kütləsi üçün müəyyən dərəcədə yad dildə – rusca yazıb, yaratsa da , öz dədə-baba yurdunun mənəvi örnəklərinə qırılmaz tellərlə bağlı, VARİSLİK DUYĞUSUNUN ÇOX GÜCLÜ OLDUĞU BİR SƏNƏTKARDIR. ONUN YARADICILIĞI BARƏDƏ ƏDƏBİ TƏNQİDİN FİKRİ BELƏDİR: o, sözün,sənətin qədrini bilən, şairlik adını uca tutan bir şəxsdir. Yazdıqları hay-küydən uzaq, təmkinli, həyalı poetik nümunədir.

2009-cu ildə Bakıda vəfat etmişdir.

Ailəsi

Mənsurun Vəkilovun xanımı İradə Vəkilova (1935-1998) görkəmli jurnalist, "Бакинский рабочий" (rus dilində) qəzetinin Baş redaktoru idi. Onun da qələmindən bir sıra əsərlər çıxmışdır. Iradə xanım Bakıda 2-ci Fəxri Xiyabanda dəfn olunmuşdur. İki övladı vardır: Məmmədrza (1964) və Rəna (1971).

Mükafatları

  • "Əməkdar incəsənət xadimi" — 27.01.2003[1]

"Şərəf nişanı" ordeni və "Azərbaycan SSR Ali Soveti Rəyasər Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.

Əsərləri

Rus dilində: Serlər (1970), Avar səsi (1970), Son etiraf (1977), Qarçıdan atılan güllə (1980), Lirika (2002);

Azərbaycan dilində: Payız uçuşu (1983).

Mənbə

  • İsmayıl Umudlu. Vəkiloğulları, Bakı, "QAPP-poliqraf" nəşriyyatı, 2003, səh.390-391, 536 səh.

Həmçinin bax

Filmoqrafiya

  1. Anın quruluşu (film, 1980)(tammetrajlı bədii film)-mahnı mətninin müəllifi
  2. Bağlı qapı (film, 1981)
  3. Ötən ilin son gecəsi (film, 1983)

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.