Mənsur Məmmədov
Mənsur Həmzə oğlu Məmmədov (20 aprel 1965, Qazıqumlaq, Ucar rayonu) — Ucar Rayon İcra Hakimiyyətinin başçısı (2015-ci ildən).
Mənsur Məmmədov | |
---|---|
Vəzifədədir | |
27 yanvar 2015-ci ildən | |
Əvvəlki | Yaşar Məmmədov |
14 dekabr 2007 – 27 yanvar 2015 | |
Əvvəlki | Mübariz Ağayev |
Sonrakı | Mübariz Ağayev |
29 mart 2005 – 14 dekabr 2007 | |
Əvvəlki | Tofiq İmanov |
Sonrakı | Lütvəli Babayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 aprel 1965 (58 yaş) |
Doğum yeri | |
|
|
Təltifləri |
Həyatı
Məmmədov Mənsur Həmzə oğlu 20 aprel 1965-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olmuşdur[1]. 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir.
Ailəsi
Azərbaycan Respublikasının sabiq nəqliyyat naziri Ziya Məmmədovun və Azərbaycan Respublikasının Milli Məclisinin sabiq deputatı Elton Məmmədovun yaxın qohumudur.[2]
Siyasi fəaliyyəti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 mart 2005-ci il 722 N sərəncamı ilə Zərdab rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2007-ci il 2537 N sərəncamı ilə Zərdab rayonu İcra hakimiyyəti başçısı vəzifəsindən azad edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2007-ci il 2538 N sərəncamı ilə Göyçay rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 yanvar 2015-ci il 1002 N sərəncamı ilə Göyçay rayonu İcra hakimiyyəti başçısı vəzifəsindən azad edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 yanvar 2015-ci 1007 N sərəncamı ilə Ucar rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
İstinadlar
- "1989-dan 2007-yə qədərki "ozon dəliyi"". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-15.
- "Azərbaycandakı vəzifəli şəxslərin vəzifəli qohumları - SİYAHI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.