Mənsur Ağayev

Mənsur Ağayev (tam adı: Mənsur Ağa oğlu Ağayev; 29 iyul 1994, Hacıqabul rayonu9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Mənsur Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Hacıqabul rayonu, Padar
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Şuşa şəhəri
Dəfn yeri Hacıqabul
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
  Şuşanın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı  — 2020

Həyatı

Mənsur Ağayev 1994-ci il iyunun 29-da Hacıqabul rayonunun padar qəsəbəsində anadan olub.[1]

Hərbi xidməti

Mənsur Ağayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Mənsur Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Mənsur Ağayev noyabrın 09-da Şuşada şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mənsur Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Təltifləri

İstinadlar =

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.