Mənsur Əhmədov
Mənsur Mamed oğlu Əhmədov (6 mart 2002, Masazır, Abşeron rayonu – 21 oktyabr 2020, Düdükçü, Xocavənd rayonu) — əsgər, II Qarabağ müharibəsi şəhidi.
Mənsur Əhmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 mart 2002(2002-03-06) |
Doğum yeri | |
Vəfat tarixi | 21 oktyabr 2020(2020-10-21) (18 yaşında) |
Vəfat yeri | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | əsgər |
Döyüşlər | |
Təltifləri |
Həyatı
Mənsur Əhmədov 6 mart 2002-ci ildə Abşeron rayonunun Masazır kəndində anadan olub.[1]
Ailəsi 1992-ci ildə Ermənistan tərəfindən işğal edilən Laçın rayonunun Çıraqlı kəndindən məcburi köçkün düşüb.[2]
Mənsur Masazırda yerləşən Çıraqlı kənd orta məktəbində təhsil alıb.
Hərbi xidməti
2020-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb və Daxili Qoşunlarda xidmətə başlayıb.
Sentyabrın 27-də başlayan II Qarabağ savaşının ilk günlərindən cəbhədə olub. Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Düdükçü kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[3]
- “Cəbrayılın azad olunmasına görə” medalı
- “Xocavəndin azad olunmasına görə” medalı
- “Füzulinin azad olunmasına görə” medalı
İstinadlar
- "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
- "Şəhid əsgər Əhmədov Mənsur Mamed oğlu". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı) (az.). 2020-12-15. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.