Səs-küylü ev (cizgi filmi)
Səs-küylü ev (ing. The Loud House) – Kris Savino tərəfindən Nickelodeon üçün hazırlanan cizgi-serialı. Cizgi-serial, 10 qız övladları olan ailənin orta övladı olan 11 yaşlı uşaq – Lincoln Loud adlı bir uşağın xaotik gündəlik həyatı ətrafında dönür. Cizgi-film Kris Savinonun ana vətəni olan Miçiqan, Royal Woods şəhərində keçməkdədir.
Səs-küylü ev | |
---|---|
ing. The Loud House | |
Janr | Həyat dilimi |
Studiya | Nickelodeon Animation Studios[d] |
Ölkə | |
Dil | ingilis dili |
Mövsümlərin sayı | 7 |
Seriyaların sayı | 254 |
Seriyanın müddəti | 24 dəq. |
Telekanal | Nickelodeon |
IMDb | ID4859164 |
Rəsmi saytı |
Serial 2013-ci ildə illik Animasiya Qısa Proqramına daxil edilən iki dəqiqəlik bir qısa film kimi şəbəkəyə yerləşdirilib. 2014-cü ildə isə bu cizgi-serial daha da inkişaf etməyə başladı. Epizodlar Burbank, Kaliforniyadakı Nikelodeon Animasiya Studiyasında istehsal olunur. Həmçinin, Nickelodeon ilə yanaşı Canadian Studios Jam Filled Entertainment tərəfindən də animasiya olunur. Cizgi-serial böyük bir ailədə böyüyən Kris Savinonun öz uşaqlığına əsaslanır və onun animasiyası əsasən qəzet komik lentlərindən əsirlənir.
Nickelodeon 2016-cı ildə, ilk olaraq Mənim səs-küylü evim cizgi-serialının iki önizləmə epizodunu öz veb saytına yerləşdirir. Seriya rəsmi olaraq 2016-cı il mayın 2-də televiziyada təqdim olunur. İki mövsümü yayımlanıb, üçüncü mövsüm isə hazırda yayımlanır.
Mənim səs-küylü evim, ilk yayım ayından etibarən Amerika televiziyasında yüksək qiymətləndirilib. Seriya, 28-ci və 29-cu GLAAD Media Awards-da əhəmiyyətli bir media nominasiyasına layiq görülmüşdür.
6 Mart 2018-ci ildə, Mənim səs-küylü evim cizgi-serialının dördüncü mövsüm üçün hazırlıqlar apardığı açıqlandı.
Sujet xətti
Cizgi film, Royal Woods şəhərində (Miçiqan) kiçik şəhərində yaşayan Lili, Liza, Lola, Lana, Lusi, Lin, Luan, Lana, Leni, Lori adlı 10 qızları və Linkoln adında 1 oğlan övladları olan ailənin macərasından bəhs edir. Valideynləri iş ilə əlaqədar çox vaxt evdə olmur və ailə üzvləri çox çətin olsa da, maraqlı və əyləncəli vaxt keçirirlər. Qardaşların müxtəlif yaşlarına və maraqlarına baxmayaraq, onlar bir-birləri ilə çox yaxşı anlaşırlar. Çünki Linkoln bacılarına qayğıkeşlik edir və bəzən mübahisələr olsa da bir-birlərinə qarşı həssasdılar. Linkoln onlarla çox da yaxşı yola getməsə də, onlar daim bir olmağa hazırdılar.
Qəhrəmanlar
- Linkoln Laud (ing. Lincoln Loud) – Səs-küylü Laud ailəsinin tək oğlan uşağı, cizgi-serialın əsas qəhrəmanı.
- Lori Laud (ing. Lori Loud) – Linkolnun 17 yaşlı bacısı və ailənin ən böyük uşağı.
- Leni Laud (ing. Leni Loud) – Linkolnun 16 yaşlı bacısı və inkişaf edən model dizayner.
- Luna Laud (ing. Luna Loud) – Linkolnun 15 yaşlı bacısı həmçinin istedadlı bir musiqiçi.
- Luan Laud (ing. Luan Loud) – Linkolnun 14 yaşlı bacısı və təcrübəsiz komik.
- Lin Laud, Jr. (ing. Lynn Loud) – Linkolnun 13 yaşlı bacısı, həmçinin yüksək idman bacarıqları var.
- Lusi Laud (ing. Lucy Loud) – Klassik poeziya sevən Linkolnun 8 yaşlı bacısı.
- Lana Laud (ing. Lana Loud) – Linkolnun 6 yaşlı bacısı və Lolanın əkizi.
- Lola Laud (ing. Lola Loud) – Linkolnun 6 yaşlı qardaşı və Lananın əkizi.
- Liza Meri Laud (ing. Lisa Marie Loud) – Ailənin ən ağıllı üzvlərindən biri, Linkolnun 4 yaşlı bacısı.
- Lili Loud (ing. Lily Loud) – Linkolnun 1,5 yaşlı bacısı.
- Klayd MakBrayd (ing. Clyde McBride) — Lincolnun ən yaxşı dostu, Howard və Haroldın övladlarıdır.
- Linn Laud (ing. Lynn Loud) – Səs-küylü Laud ailəsinin atası.
- Rita Laud (ing. Rita Loud) – Səs-küylü Laud ailəsinin anası.
Epizodların siyahısı
Mövsüm | Seriyaların sayı | Seqment | İlk yayım | Son yayım |
---|---|---|---|---|
0 | 4 | ТВА | 5 İyun, 2014 | ТВА |
1 | 27 | 52 | 2 May, 2016 | 8 Noyabr, 2016 |
2 | 26 | 49 | 9 Noyabr, 2016 | 1 Dekabr, 2017 |
3 | 26 | 48 | 19 Yanvar, 2018 | 7 Mart, 2019 |
4 | 26 | ТВА | 2019 | ТВА |
Mükafatlar və namizədliklər
Mənim səs-küylü evim (ing. The Loud House) cizgi-filmi 28-ci GLAAD Media Mükafatlarına and 29-cu GLAAD Media Mükafatlarına layiq görülmüşdür. GLAAD Media Mükafatları ilə yanaşı 2017 Uşaqların Seçimi Mükafatı (ing. 2017 Kids' Choice Awards) və 2018 Uşaqların Seçimi Mükafatında (ing. 2018 Kids' Choice Awards) sevimli cizgi-film seçilmişdir.
İl | Təqdim edildi | Mükafat/Kateqoriya | Namizəd | Vəziyyət | Ref. |
---|---|---|---|---|---|
2017 | 28th GLAAD Media Mükafatları | "Görkəmli Fərdi Seriya" Mükafatı | "Diqqət çatışmazlığı" | Nominasiya | [1] |
Nickelodeon Uşaqların Seçimi Mükafatı | "Sevimli cizgi-film" Mükafatı | Səs-küylü Ailə (ing. The Loud House) | Nominasiya | ||
Cavan Artist Mükafatı | "Səsli rolda ən yaxşı performans – Gənc Aktyor" | Grant Palmer | Qazandı | ||
ASCAP Televiziya Mükafatları | "Top Televiziya Seriyası" Mükafatı | Doug Rockwell, Michelle Lewis, and Phillip Cimino | Qazandı | ||
2018 | 29th GLAAD Media Mükafatları | "Görkəmli Uşaqlar və Ailə Şousu" Mükafatı | Səs-küylü Ailə (ing. The Loud House) | Namizəd | [2] |
45-ci Annie Mükafatları | Animasiya Televiziya / Rabitə İstehsalatında İstehsalat Dizaynı üçün Əldə edilmiş Mükafat | Amanda Rynda, Larry Murphy, Edgar Duncan, Hallie Wilson, and Jared Morgan | Namizəd | ||
Nickelodeon Uşaqların Seçimi Mükafatı | "Sevimli Cizgi-film" Mükafatı | The Loud House | Nominasiya | ||
45-ci Gün Emmy Mükafatları | "Animasiyalı proqramda Üstün Yönləndirmə" | Kyle Marshall and Lisa Schaffer | Namizəd | ||
"Animasiyalı proqramda Üstün Yazılım" | Eric Acosta, Sammie Crowley, Karla Shropshire, Kevin Sullivan, Whitney Wetta, and Michael Rubiner | Namizəd | |||
Nickelodeon Meksika Uşaqların Seçimi Mükafatı | "Sevimli Cizgi-film" Mükafatı | Səs-küylü Ailə (ing. The Loud House) | Qazandı | ||
2019 | Nickelodeon Uşaqların Seçimi Mükafatı | "Sevimli Cizgi-film" Mükafatı | Gözlənilir | ||
Gündüz Emmy Mükafatları | "Uşaqların görkəmli Animasiya Seriyaları" | Gözlənilir | |||
"Animasiyalı proqramda Üstün Yazılım" mükafatı | Eric Acosta Sammie Crowley Karla Sakas Shirosphire Kevin Sullivan Whitney Wetta Michael Rubiner |
Gözlənilir | |||
"Animasiyalı proqramda Üstün Montajlama" mükafatı | Oliver Pearce Amaris Cavin Gayle M. Grech Andrew Huang Monica DeStefano Rachel Russakoff Jon Kinyon Richard A. Domincus Matthew Malach Matt Brailey |
Gözlənilir |
İstinadlar
- Coggan, Devan. "GLAAD Media Awards honor Moonlight, Supergirl, Black Mirror, and more". Entertainment Weekly. Time Inc. January 31, 2017. April 28, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 21, 2019.
- Kirsten Chuba. "GLAAD Media Awards Nominees: Full List". Variety. January 19, 2018. April 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2018.