Mənim ağ göyərçinim
"Mənim ağ göyərçinim" — 19 yanvar 2013-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrın premyerası keçirilmiş tamaşa. 1990-cı il 20 yanvar hadisələrinin qurbanlarına həsr olunmuş iki pərdəli məhəbbət dramıdır. Birinci pərdə 1 saat 5 dəqiqə, ikinci pərdə isə 50 dəqiqədir.
Məzmun
Tamaşa gənclərin ilk məhəbbətinin tərənnümünə həsr olunub. Bir-birini böyük məhəbbətlə sevən Aqillə Turan ayrılsalar da, daxilən ömürlərinin sonuna qədər bir-birinə sadiq qalırlar. Aqil 20 yanvar hadisələri zamanı həlak olur. Turan isə Aqilin Səidədən olan oğlunun təlim-tərbiyəsi ilə məşğul olur, onun anasını tək qoymur.
Tamaşanın heyəti
Yaradıcı heyət
- Müəllif: Tamara Vəliyeva
- Rejissor: Cənnət Səlimova
- Rejissor assistenti: Nofəl Vəliyev
- Rəssam: Şota Qlurcidze
- Musiqi tərtibatı: Vladimir Neverov
- Rəqslərin quruluşçusu: Vüsal Mehrəliyev
- Şeirlərin müəllifi: Mirzəağa Mirzəyev
Rollarda
- Mehriban Hüseynova - Turan (yaşlı)
- Təhminə Məmmədova - Turan (yaşlı)
- İlqarə Tosova - Turan (yaşlı)
- Günel Məmmədova - Turan
- Аsya Atakişiyeva - Turan
- Elşən Rüstəmov - Aqil
- Mirzəağa Mirzəyev (MİU-nun tələbəsi – debüt) -Aqil
- Emin Sevdimalıyev - Bəhruz
- Еşqin Quliyev - Bəhruz
- Zülfiyyə Alhüseynova - Səidə
- Nəsibə Eldarova - Zəhra
- Kərəm Hadızadə - Qürbət
- Sona Babayeva - Qadın
Xarici keçidlər
- Mənim ağ göyərçinim Arxivləşdirilib 2015-11-13 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.