Mənbic
Mənbic (ərəb. منبج, kürd. Minbic) Suriyanın şimalında, Hələb mühafəzəsində şəhər.
Mənbic | |
---|---|
36°32′ şm. e. 37°57′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 465 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
| |
Vikianbarda əlaqəli mediafayllar |
Mənbic mühafəzənin şimal-şərqində, Fərat çayından 30 kilometr qərbdə, dəniz səviyyəsindən 483 metr yüksəklikdə yerləşir. Mühafəzənin inzibati mərkəzi Hələb Mənbicdən 74 kilometrlik məsafədə yerləşir.[1] 1981-ci ilin siyahıya alınmasına əsasən şəhərdə 30.812 insan yaşayırdı.[2] 2012-ci ildə əhalinin sayı hesablamaya əsasən 78.255 nəfər idi.
Şəhərin adı ilk dəfə Bambika kimi qədim yunan mənbələrində çəkilir. Böyük Plini bu şəhəri Atarqatis (Astarta) ilahəsinin sitayiş mərkəzi kimi qeyd edir. Orta əsrlərdə şəhər bizanslılar, ərəblər, əhli-səlib və türklər arasında əldən ələ keçirdi.
Suriyada vətəndaş müharibəsi zamanı Mənbic bir neçə dəfə hücuma məruz qalmışdır. 2012-ci ildə şəhər Suriya müxalifətinin əlində düşmüşdür. 2014-cü ildə şəhəri İŞİD işğal etmişdir. 2016-ci ildə Suriya demokratik qüvvələri ilə kürd hərbi dəstələri şəhəri əhatəyə alıb İŞİD-dən azad etmişdir.
Mənbələr
- Mənbic: Fallingrain Arxivləşdirilib 2012-10-24 at the Wayback Machine (ing.)
- World Gazetteer (ing.)