Məna sürüşməsi
Məna sürüşməsi — sözün istifadəsinin təkamülü ilə əlaqəli dil dəyişikliyinin forması, sözün müasir mənasında onun əsl (tarixi) söz ilə fərqlənməsi. Diaxronik (və ya tarixi) dilçilikdə məna sürüşməsi sözün bir mənasından başqa mənasına keçməkdir.
Nümunələr
- Kişi - Əvvəlcə söz sadəcə "insan" (qadınlar da daxil) demək idi. Hal-hazırda başqa türk dillərində "kişi", "keşe", "kisi" və s formalarında "insan" mənasını daşıyır.
- Tanrı - əvvəlcə "göy, asiman" demək idi. Hun türkləri bu sözü "göy, asiman" mənasında "teŋri" şəklində istifadə edirdilər, onlar isə bu sözü çincə "çeŋli" sözündən törədiblər.
- Qızıl - sözün əsl mənası "qırmızı"dır. Azərbaycan dilində "qızılbaş", "qızılgül" kimi sözlərdə də "qırmızı" mənasını daşıyır, lakin müasir Azərbaycan dilində məna sürüşməsi oldu.
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.