Məmməduşağı

MəmməduşağıAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Şaplar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Dalqılıclı kənd Sovetindən Məmməduşağı kəndi Şaplar kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.

Məmməduşağı
40°05′04″ şm. e. 46°02′40″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Məmməduşağı xəritədə
Məmməduşağı
Məmməduşağı

Toponimikası

Oykonim Məmməduşağı nəslinin adi ilə bağlıdır.[2] Kəlbəcərin əsasini qoyan iki türk tayfasından (kəngərlilər) birinin (digəri isə Kərbəlayi Ellazlılardır) adıdir. Dərələyəz mahalının Herher kəndindən gələn Məmməd adlı şəxsin adı ilə bağlıdır. Bu tayfanın əsas məskunlaşdıqları yer Kəlbəcər kəndi (indiki Kəlbəcər şəhəri) olmuşdur. Onların heyvan saxlamaq üçün binə kimi istifadə etdikləri yer daha sonra Məmməduşağı adlı kəndə çevrilmişdir.

Coğrafiyası və iqlimi

Kənd dağətəyi ərazidə yerləşir.

Yaylaqları

Çökək yurd, Qonqur yurdu, Qoşdaş yaylağı, Boğaz yurdu, Xaraba yurd, Mansır yurdu.

Bulaqları

Mansır bulağı, Yeddibulaq, Tozluq bulağı, Xaraba bulağı, Güney bulağı, Baş bulaq, Orta bulaq, Səhəng bulağı, Novlu bulaq, Suvalı bulağı, Biçənək bulağı, Salatın bulağı, Şirinin bulağı, Əkinin başı bulaq, Qonqur bulağı, Zeynalabdın bulağı, Usubalı bulağı.

Məşhur yerləri

Söyüd ağacı, Yuxarıtala, Aşağıtala, Çalağan qayası, Suvalı, Böyükyal, Xırdayal, Xırmanlar, Böyükgüney, Kiçikgüney, Duzlağın daşı, Gendərə, Moruqlu, Həvşə, İmanqulunun barmağı, Böyükdərə, Uçuğun barmağı, Qırmızıqaya, Şişqaya, Qonurqaya, Cərgəqaya, Böyükqaya, Gəlinqayası, Əkinlər, Aralıq, Xarabalar, Rəhmətin yurdu, Böyükyurd, Usubalıyurdu, Qonqur dağı, Varhel.[3]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.