Məmmədtağı Əliyev
Məhəmmədtağı Hacı Əbdülsəməd oğlu Əlizadə (10 yanvar 1858, Şamaxı – 1918, Şamaxı) — Rusiyada I Dövlət dumasının üzvü[1], "Hümmət" partiyasının yaradıcılarından biri, "Əkinçi" qəzetinin fəal müxbiri olmuşdur.
Məmmədtağı Əliyev | |
---|---|
27 aprel (10 may) 1906 – 9 iyul (22 iyul) 1906 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 yanvar 1858 |
Doğum yeri | |
Vəfat tarixi | 1918 |
Vəfat yeri | |
Vəfat səbəbi | Mart soyqırımı |
Partiya | |
Fəaliyyəti | siyasətçi, Rusiya imperiyası I Dövlət Duması |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Məmmədtağı Hacı Əbdüssəməd oğlu 1858-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. Real məktəbi bitirmişdi. Moskva Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasının məzunu idi. Azərbaycanda bioloji və kənd təsərrüfatı bitkilərinin yayılmasında bu akademiyanın tələbəsi Məmmədtağı Əliyev fəal iştirak edirdi.
Məmmədtağı Şirvani təxəllüsü ilə "Əkinçi" qəzetinə məqalə yazırdı.[mənbə göstərin]
Məmmədtağı Əliyev Almaniyada, Finlandiyada yaşamışdı. Bir neçə dildə – alman, fransız, ərəb, fars və rus dillərində gözəl danışan Məmmədtağı Əliyev Rusiyada I Dövlət Dumasının deputatı olmuşdur. Duma qovulduqdan sonra isə Şamaxıya qayıtmış və şəhərin ictimai həyatında fəaliyyət göstərmişdir. Onun zəngin və nadir şəxsi kitabxanası olmuşdur. Həmin kitabxanada nadir əlyazmaları və məşhur adamların avtoqrafları xüsusilə diqqətəlayiq imiş. Məmmədtağı Əliyevin nüfuzu, elmi dünyagörüşü, milli təəssübkeşliyi hamıya məlum idi və ermənilər 1918-ci ilin martında azərbaycanlılara qarşı Şamaxıda törətdikləri qətliam zamanı onun evinə də hücum etmişdilər. Öz ocağını, zəngin kitabxanasını qoruyan Məmmədtağını ermənilər vəhşicəsinə öldürmüş və bütün mülkünə od vuraraq külə döndərmişdilər.[2]
Bu hadisədən xəbər tutan Mirzə Mahmud təcili Bakıya gəlir və qardaşının qaçqın düşmüş ailəsini, yaxın qohumlarını götürüb Aşqabada qayıdır. Mirzə Mahmud yüksək təhsil ala bilməsə də həyatın çətinlikləri ilə üz-üzə qalmış, tacir olana qədər keçdiyi və yaşadığı həyat yolu ona dünyanın hər üzünü tanıtdırmışdı. Aşqabada köçən Hacı Əndüssəməd orada Şuşa gözəli Nabat xanımla evlənmişdi. Nabat xanım gənc yaşlarında vəfat etmişdi.
Ələşrəf Əlizadənin babasıdır.
Həmçinin bax
İstinadlar
- Ümumrusiya Xarici Ədəbiyyat Dövlət Kitabxanası (rus dilində)
- Seyfəddin Qəniyev, 1918-Cİ İL ŞAMAXI SOYQIRIMININ AŞIQ, EL ŞAİRİ, ŞAİR VƏ ALİM ŞƏHİDLƏRİ Arxivləşdirilib 2016-08-11 at Archive.today. "Ozan dünyası" jurnalı, № 1(22). 2015.