Məmmədsadıq Nuriyev

Nuriyev Məmmədsadıq Qafar oğlu (5 mart 1919, Bakı22 mart 1975, Bakı) — azərbaycanlı teatr və kino aktyor, kiçik rolların məharətli ifaçısı.

Məmmədsadıq Nuriyev
Məmmədsadiq Qafar oğlu Nuriyev
Digər adı Vücud
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Bakı quberniyası, ADR
Vəfat tarixi (56 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Uşağı Yaşar Nuri
Fəaliyyəti komediya və dram aktyoru
Fəaliyyət illəri 1935–1974
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı  — 1959
IMDb ID3447527

Həyatı

Məmmədsadiq Nuriyev 1919-cu ildə Bakının Sovetski adlanan dağüstü məhəlləsində anadan olub. 1928-ci ildə atası onu Bakıda Bədəl bəy Bədəlbəyovun məktəbinə qoyur. Orada o dövr üçün orta sayılan tam təhsil alan Məmmədsadıq Nuriyev 1935-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olur. Aktyor sənəti dərsini görkəmli aktrisa Fatma Qədri deyib. 1937-ci ildə Məktəbi bitirib.

1975-ci ildə Bakıda vəfat edib.

Aktyor Yaşar Nurinin atasıdır.

Yaradıcılığı

Məmmədsadıq Nuriyev Teatr Məktəbində oxuyarkan birinci kursun əvvələrində Milli Dram Teatrının tamaşalarında çıxış edir. O, burda kütləvi səhnə epizodlarında, söz-süz rollarda əsərlərin tamaşasında iştirak edib. 1938-ci il aprel ayının 28-də rejissor Ağəli Dadaşovun hazırladığı gürcü ədibi Georgi Mdivaninin "Vətən namusu" dram tamaşasında Uşaq rolunu oynayıb. Teatr məktəbini 1937-ci ildə bitirib. Xalq Maarif Komissarlığı İncəsənət İşlər İdarəsinin göndərişi ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrına gedib. M. Nuriyev səkkiz ilə yaxın bu teatrda aktyor işləyib.

Mükafatları

C. Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında ifa etdiyi rollar (1937–1946)

  • Haykaz, Tamada-"1905-ci il"(Cəfər Cabbarlı)
  • Pirqulu-"Aydın"(Cəfər Cabbarlı)
  • Qorxmaz-"Od gəlini"(Cəfər Cabbarlı)
  • Yaralı əsgər-"Anzor"(Anzor Şanşiavilinin)
  • Senator-"Otello"(Uliyam Şekspir)
  • Hacı Kazım-"Ölülər"(Cəlil Məmmədquluzadə)
  • Musa və Baqdan kişi-"Qaçaq Nəbi"(Süleyman Rüstəm)
  • Niyaz-"Pəri Cadu"(Əbdürrəhim bəy Haqverdiyev)
  • Əziz ağa-"Lənkaran xanının vəziri"(Mirzə Fətəli Axundov)
  • Əyan-"Aşıq Qərib"(Zülfüqar Hacıbəyov)
  • Şaliko-"Vaqif" (Səməd Vurğun)
  • Məhəmməd-"Polad Qartal"(Aleksandr Korneyçuk)
  • Vəli-"Arşın Mal Alan"(Üzeyir Hacıbəyov)
  • Dato-"Vətən Namusu"(Georgi Mdivanin)…

Bu teatrda Məmmədsadıq Nuriyevin sənət qələbəsi olmayıb. Ancaq İrəvan teatr aktyorun sənətin incəliklərinə bələd olması üçün geniş qapı açdı və o, məhz bu səhnədə kifayət qədər təcrübə toplayıb lazımi vərdişlərə yiyələnə bilmişdir. M. Nuriyev 1946-cı ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına gəlib. Dörd ilə yaxın kollektivdə işləyib. İrəvanda müəyyən səhnə təcrübəsi toplayan aktyor burda daha çox komik səciyyəli dramatik rollarda çıxış edib. Əsas uğurları məhz yumorlu obrazların ifasında qazanıb.

Məmmədsadıq Nuriyevin Teatrda ifa etdiyi rolların əsasları, bəddi-estetik ifa tərzi baxımından dəyərli olanları bunlardı:

Gəncə Dövlət Dram Teatrında ifa etdiyi rollar(1946–1950)

  • Mirzə Cavad-"Aydın"(Cəfər Cabbarlı)
  • Doktor Ağabəy-"Şərqin qalası"(Qurban Musayev)
  • İbn Səhl-"Babək"(Əbil Yusifov)
  • Keşiş Pater-"Qaçaqlar"(Fridix Şiller)
  • Sadıq-"Xoşbəxtlər"(Sabit Rəhman)
  • Birinci senator-"Otello"(Uliyam Şekspir)
  • Kərəməli-"Hacı Qara"(Mirzə Fətəli Axundov)
  • Təlxək-"Vaqif"(Səməd Vurğun)
  • Xasay-"Vəfa"(Rəsul Rza)
  • İbrahim bəy-"Hacı Fərəc"(Nəcəf bəy Vəzirov)
  • Salamov-"Toy"(Sabit Rəhman)…

1950-ci ildə Gəncə Teatrından çıxan Məmmədsadıq Nuriyev əvvəlcə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki musiqili komediya estrada ansamblında işlədi. Az müddət Milli Dram Teatrında aktyorluq etdi. Bu kollektivdə müqayisədə nisbətən canlı çıxan səhnə surəti Lope de Veqanın Sevilya Ulduzu komediyasında oynadığı Dön İnqo rolu idi. Aktyor yenidən estrada ansamblına qayıtdı. 1954-cü ildə Soltan Dadaşovun rejissorluğu ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı truppası bir yerə cəm olaraq Dövlət statusu olmadan fəaliyyətə başladı.

Teatr Üzeyir Hacıbəyovun "Arşın Mal Alan","Məşədi İbad", Məhərrəm Əlizadə və Ağası Məşədibəyovun "Toy Kimindir?", Süleyman Rüstəm Səid Rüstəmovun "Durna" operettalarının tamaşaya hazırladı. Məmmədsadıq Nuriyevdə bu tamaşalarda çıxış etdi.

İki il fəaliyyət göstərən kollektivə 1956-cı ildə Dövlət statusu verilir. Həmin ildə Azərbaycan Dövlət Musiqili Teatrının kollektivinə daxil olan Məmmədsadıq Nuriyev ömrünün axırına qədər bu teatrdan ayrılmayıb. Kiçik ancaq koloritli və xarakterik səsi olan Məmmədsadıq Nuriyev mürəkkəb məzəli kupletləri şövqlə, ürəyəyatımlı avazla oxuyurdu. Obrazların mürəkkəb dramatizminin bacarıqla oynamaqda isə aktyor kollektivin əksər üzvlərinə mümunə və örnək idi. Məmmədsadıq Nuriyev Musiqili Komediya Teatrında oynadığı əsas rolları illərə uyğun ardıcılıqla belə ümumiləşdirmək olar:

Azərbaycan Dövlət Musiqili Teatrında oynadığı əsas rolları (1956–1975)

  • Hambal və Məşədi Məhərəm-"Məşədi İbad"(Üzeyir Hacıbəyov)
  • Qoşun və Hilal-"Durna"(Süleyman Rüstəm və Səid Rüstəmov)
  • Umud və Qoşun-"Toy kimindir?"(Məhərrəm Əlizdə və Ağası Məşədibəyov)
  • Bayram və Məhəmməd-"Ulduz"(Sabit Rəhman və Süleyman Ələsgərov)
  • Poçtalyon Tellon və Qəhrəman-"Gözün aydın"(Məhərrəm Əlizadə və Fikrət Əmirov)
  • Kərəməli-"Hacı Qara(Xəsis)"(Mirzə Fətəli Axundov və Vasif Adıgözəlov, Ramiz Mustafayev)
  • Güloğlan-"Kəndimizin mahnısı"(Kərim Kərimov və Zakir Bağırov)
  • Şulu və Qulu-"Əlli yaşında cavan"(Zülfüqar Hacıbəyov)
  • Molla Mahmud-"Evliykən subay"(Zülfüqar Hacıbəyov)
  • Yaşlı kişi-"Rəisin arvad"(Məhərəm Əlizadə və Səid Rüstəmov)
  • Giya-"Tiflis nəğməsi"(Levon Cubabiriya və Şota Milorava)
  • Səməndər-"Bir dəqiqə"(Məhərrəm Əlizadə və Hacı Xanməmmədov)
  • Ağamirzə-"Hacı Kərimin aya səyahəti"(Qulamrza Cəmşidi və Əbülfəz Hüseyni, Azər Rzayev)
  • Akop-"Şirin Arzular"(Qurgen Çəkilov və Steoan Crbaşov)
  • Məşədi-"Keçmişin məişət səhnələri"(Soltan Dadaşov və Vasif Adıgözəlov)
  • Bəbirli-"Özümüz Bilərik"(Şıxəli Qurbanov və Süleyman Ələsgərov)
  • Darçınov-"Səndən mənə yar olmaz"(Məhərrəm Əlizadə və Əşrəf Abbasov)
  • Heydərəli-"Altı qızın biri Pəri"(Məhərrəm Əlizadə, Tofiq Bakıxanov və Nəriman Məmmədov)
  • Xarrat-"Olmadı belə oldu belə"(Şıxəli Qurbanov və Süleyman Ələsgərov)
  • Xəzər baba və Qəşəm kişi-"Höcət eləmə"(İsmayıl Quliyev və Ağabacı Rzayev)
  • Əli-"Qaynana"(Məcid Şamxalov və Zakir Bağırov)
  • Professor-"Qızılgül"(Məhərrəm Əlizadə və Soltan Hacıbəyov)
  • Ərəstun-"Ləpələr"(Əliağa Kürçaylı və Arif Məlikov)
  • Daşdəmir-"Məmmədəli kurorta gedir"(Arif Zeynallı və Tofiq Bakıxanov, Nəriman Məmmədov)
  • Bığlı kişi-"Sevindik qız axtarır'(Şıxəli Qurbanov və Süleyman Ələsgərov)
  • Tapdıq-"Dağlar Qoynunda"(Ədil İsgəndərov və Əşrəf Abbasov)
  • Qulu Rəhimli-"Nənəmin şahlıq quşu"(Əliağa Kürçaylı və Vasif Adıgözəlov)
  • Ələsgər-"Həmişəxanım"(Salam Qədirzadə və Süleyman Ələsgərov)
  • Baləmi-"Hicran"(Sabit Rəhman və Emin Sabitoğlu)ec
  • Bostan-"Təzə gəlin"(Seyfəddin Dağlı və Cahangir Cahangirov)…

Məmmədsadıq Nuriyevin Azərbaycan Dövlət Musiqili Komediya Teatrında son işi rejissor Niyaz Şərifovun qurluş verdiyi və premyerası 1976-cı ilin fevralın 18-də oynanılan Məhərrəm Əlizadənin və bəstəkarı Ramiz Mustafayevin "Qonşumuzda bir oğlan var" tamaşasındakı Əhməd rolunu Məmmədsadıq Nuriyev ifa edirdi. Tamaşaya ictimai baxış 1975-ci ildə olmuşdur ona görədə Əhmədi M. Nuriyev oynadı. Ancaq rejissor işində müəyyən qüssurlarla görə Mədəniyyət Nazirliyinin komissiyası tamaşanı oynamağa icazə vermir. Yaradıcı heyət "Qonşumuzda bir oğlan var" tamaşası üzərində yenidən işləməyə başladı. Təəssüflər ki, Məmmədsadıq Nuriyev Əhməd rolunun premyerada oynamaq qismət olmadı. 1975-ci ildə dünyasını dəyişən aktyorun bu rolunu Fazil Salayev ifa etdi.

Səhnə dostları arasında "Vücud" ləqəbi ilə tanınan Məmmədsadıq Nuriyev müxtəlif ilərdə Azərbaycanfilmdə "Vətən"(Vəzir), "Koroğlu"(Kosa Səfər),"Ulduz"(Bayram),"Uşaqlığın son gecəsi"(Davud),"Sevil" (Əbdüləli bəy) və s flim-opera kinolentərinə çəkilib. Məmmədsadıq Nuriyev 40-ilə yaxın aktyor çalışsa da, həm səhnədə, həm kinoda 100 yaxın obraz canladırsada heçbir fəxri ada və mükafata layiq görülməyib.

Filmoqrafiya

  1. 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
  2. Aktrisanın təbəssümü (film, 1974)
  3. Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-rol: Səməndər
  4. Bizim Cəbiş müəllim (film, 1969)
  5. Böyük dayaq (film, 1962)
  6. Doğma xalqıma (film, 1954)
  7. Əhməd haradadır? (film, 1963)
  8. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  9. General (film, 1970)
  10. İyirmialtılar (film, 1966)
  11. Koroğlu (film, 1960)
  12. Qanun naminə (film, 1968)
  13. O olmasın, bu olsun (film, 1956)
  14. Poçt qutusu (film, 1967)
  15. Sehrli xalat (film, 1964)
  16. Sevil (film, 1970)
  17. Sən niyə susursan? (film, 1966)
  18. Tütək səsi (film, 1975)
  19. Ulduz (film, 1964)
  20. Uşaqlığın son gecəsi (film, 1968)
  21. Yeddi oğul istərəm... (film, 1970)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.