Məmmədsadıq Allahverdiyev
Məmmədsadıq Allahverdi oğlu Allahverdiyev (14 sentyabr 1914 – 8 oktyabr 1987) — Azərbaycan yazıçısı, ssenarist.
Məmmədsadıq Allahverdiyev | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi | (73 yaşında) |
Fəaliyyəti |
Yazıçı Tərcüməçi |
Həyatı
Məmmədsadıq Allahverdiyev 14 sentyabr 1914-cü ildən anadan olmuşdur. 1931-ci ildə Bakı Texniki-Peşə məktəbini bitirib. 1952-ci ilə qədər Azərbaycan Pedoqoji İnstitutunda oxuyub. Əmək fəaliyyətinə 1931-ci ildə başlamışdır. 1956-cı ildən 1980-ci ilə, təqaüdə çıxana qədər kinoda sahəsində dublyaj şöbəsinin rəisi, böyük redaktor, baş redaktor, tərcüməçi işləyib. 200-ə qədər sovet və xarici bədii filmləri Azərbaycan dilində tərcümə etmişdir.[1]
Filmoqrafiya
- Fətəli xan (film, 1947)
- Qəribə əhvalat (film, 1960)
- İbrət dərsi (film, 1984)
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 52.
İstinadlar
- Azərbaycan Kinosu — Ensiklopedik lüğət. Elm və Təhsil. Bakı, 2017. s.47
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.