Məmmədkəbir Hacıoğlu
Məmmədkəbir Hacı oğlu Kərimov (1906, Nuxa – 12 iyun 1977, Şəki) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940).
Məmmədkəbir Hacıoğlu | |
---|---|
Doğum adı | Məmmədkəbir Kərimov |
Doğum tarixi | |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Fəaliyyəti | teatr aktyoru |
Fəaliyyət illəri | 1920–1977 |
Mükafatları |
Həyatı
Məmmədkəbir Hacıoğlu 1906-cı ildə Nuxada (hazırkı Şəki) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1920-ci ildə "Darvaza" dram dərnəyində həvəskar aktyor kimi başlamışdır. 1933-cü ilə kimi bu dərnəkdə əvvəllər aktyor, bir neçə il sonra isə həm də rejissor kimi fəaliyyət göstərmişdir. 1933–1949-cu illərdə Nuxa Dövlət Dram Teatrında işləmişdir. Müharibə illərində bir müddət teatrın direktoru olmuşdur. 1949–1953-cü illərdə Şəki mədəniyyət evindəki dram dəməyində bədii rəhbər, 1953–1956-cı illərdə Mirzə Fətəli Axundov adına şəhər mədəniyyət və istirahət parkının direktoru, 1956–1959-cu illərdə rayon mədəniyyət evinin direktoru, 1959–1973-cü illərdə xalq teatrının rejissoru işləmişdir. 1949-cu ildə bağlanmış Şəki teatrı 1974-cü ildə bərpa olunanda aktyor truppasına ilkin qəbul edilənlərdən biri Hacıoğlu olmuşdur.[1]
Səhnə təxəllüsü "Hacıoğlu" olan aktyorun koloritli yumoru, dramatik-psixoloji ifadə vasitələri olmuşdur. O, 12 iyun 1977-ci ildə Şəkidə vəfat etmişdir.[1]
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940
İfa etdiyi əsas rollar
Rol | Tamaşa | Müəllif |
---|---|---|
Hacı Qara və Naçalnik | Hacı Qara | Mirzə Fətəli Axundov |
Hacı Kərim | Molla İbrahimxəlil kimyagər | Mirzə Fətəli Axundov |
Şahbaz bəy | Eşq və intiqam | Süleyman Sani Axundov |
Dövlət bəy | Aydın | Cəfər Cabbarlı |
Atakişi | Sevil | Cəfər Cabbarlı |
Ağamyan | 1905-ci ildə | Cəfər Cabbarlı |
İbad | Almaz | Cəfər Cabbarlı |
Altunbay | Od gəlini | Cəfər Cabbarlı |
Qəşəm Məmişov | Məhəbbət | Mirzə İbrahimov |
Qurban kişi | Həyat | Mirzə İbrahimov |
Bəndalı | Bayram günü | Səttar Axundov |
Nekrasov | Çətin dərə | Səttar Axundov |
Qacar | Vaqif | Səməd Vurğun |
Bərbərzadə | Xoşbəxtlər | Sabit Rəhman |
Kərəmov | Toy | Sabit Rəhman |
Baba | Aslan yatağı | Məmmədhüseyn Təhmasib |
Şah | Nizami | Mehdi Hüseyn |
Səlim bəy | Qaçaq Nəbi | Süleyman Rüstəm |
Məşədi İbad və Rüstəm bəy | Məşədi İbad | Üzeyir Hacıbəyov |
Əsgər və Süleyman | Arşın mal alan | Üzeyir Hacıbəyov |
Qəhrəman | Gözün aydın | Məhərrəm Əlizadə, Fikrət Əmirov |
Yaqo | Otello | Uilyam Şekspir |
Rüstəm | Namus | Aleksandr Şirvanzadə |
Mehdiyev | Polad Qartal | Aleksandr Korneyçuk |
Xan | Qız qalası | Rza Şahvələd |
İstinadlar
- Rəhimli, 2017. səh. 286–287
Ədəbiyyat
- İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. 392 səh. ISBN 978-9952-8021-9-1.