Məmmədcəfərli

MəmmədcəfərliAzərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Məmmədcəfərli kəndi Hacılar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qaravəlilər kəndi mərkəz olmaqla, Qaravəlilər kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Məmmədcəfərli
40°46′ şm. e. 45°24′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Məmmədcəfərli xəritədə
Məmmədcəfərli
Məmmədcəfərli

Toponimikası

Yerli məlumata görə, yaşayış məntəqəsini XVIII əsrdə indiki Tovuz rayonunun Bozalqanlı kəndindən köçüb gəlmiş Mehdi adlı şəxs bina etmişdir. Kənd sonralar onun böyük oğlu Məmmədcəfərin adı ilə adlanmışdır. Oykonim "Məmmədcəfərin nəslindən olanlar, məmmədcəfərgillər" mənasındadır.[2]

Coğrafiyası və iqlimi

Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 422 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.