Məmmədbağır Əliyev
Əliyev Məmmədbağır Cavad oğlu — həkim-alim, ictimai xadim, tibb elmləri doktoru, professor, Rusiya Federasiyası dövlət mükafatı laureatı. Ümumrusiya Azərbaycanlılar Konqresinin ilk prezidenti.
Məmmədbağır Əliyev | |
---|---|
Məmmədbağır Cavad oğlu Əliyev | |
Doğum tarixi | |
Vətəndaşlığı |
SSRİ Rusiya |
Elm sahəsi | Tibb |
Elmi dərəcələri | Tibb elmləri doktoru, 1998 |
Elmi adları | Professor, SSRİ EA-nın akademiki |
İş yeri |
|
Alma-mater | Azərbaycan Tibb Universiteti |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
Məmmədbağır Cavad oğlu Əliyev 1955-ci ildə Kurqan-Tübə (http://ru.wikipedia.org/wiki/%D0%9A%D1%83%D1%80%D0%B3%D0%B0%D0%BD-%D0%A2%D1%8E%D0%B1%D0%B5) şəhərində doğulmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.
Fəaliyyəti
Məmmədbağır Əliyev 1979-1991-ci illərdə M.Əliyev xəstəxana və onkoloji mərkəzlərdə həkim işləmişdir. 1992-ci ildə Rusiya TEA-nın Onkoloji Mərkəzində doktorluq müdafiə edərək burada hərəkət dayaq aparatının şişləri şöbəsində aparıcı mütəxəssis kimi işləməyə başlamışdır.
Elmi tədqiqatları hərəkət dayaq aparatında radikal müalicə aparılmış xəstələrdə sonrakı reabilitasiya ilə bağlıdır. 2000-ci ildə dövlət mükafatına layiq görülmüşdür.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məmmədbağır Cavad oğlu Əliyevin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında" Sərəncam imzalamışdır.[1]
Elmi əsərləri
150-dən artıq elmi işin, iki monoqrafiyanın bir sıra səmərələşdirici təkliflərin müəllifidir.
Rəhbərliyi altında bir çox elmlər namizədi və doktor yetişmişdir. M. Əliyev bir sıra beynəlxalq elmi-tibbi cəmiyyətlərin üzvüdür.
İstinadlar
- Məmmədbağır Əliyevə "Dostluq" ordeni verild Arxivləşdirilib 2011-11-27 at the Wayback Machine i