Məmməd Sadıqov
Məmməd Əhməd oğlu Sadıqov (2 may 1913, Bakı – 28 may 1987, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943).
Məmməd Sadıqov | |
---|---|
Doğum adı | Sadıxov, Sadıqzadə |
Doğum tarixi | 2 may 1913 |
Doğum yeri | |
Vəfat tarixi | 28 may 1987 (74 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | teatr aktyoru, kino aktyoru |
Fəaliyyət illəri | 1931–1987 |
Teatr |
Bakı Türk İşçi Teatrı; Akademik Milli Dram Teatrı |
Mükafatları |
|
Həyatı
Məmməd Sadıqov 2 may 1913-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1926-cı ildə Pedaqoji məktəbə qəbul olunmuş, lakin təhsilini yarımçıq qoymuşdur. 1931–1932-ci illərdə Bakı Türk İşçi Teatrının aktyor truppasının yaradıcı heyətində işləmişdir. 1 fevral 1933-cü ildən M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında çalışmışdır.[1] Bu teatrda səhnəyə çıxarkən ilk rolu Cəfər Cabbarlının "1905-ci ildə" pyesindəki Karapet obrazı olmuşdur.[2] Gənclik illərində "Sadıqzadə" soyadı ilə də çıxış etmişdir.
20-dən çox Azərbaycan filmində rol alan Məmməd Sadıqov xüsusi səs tembriylə seçilmişdir. O, 28 may 1987-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1]
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943
- "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
Teatr səhnəsindəki rolları
- "1905-ci ildə" — Karapet (Cəfər Cabbarlı)
- "Müsyö Jordan və dərviş Məstəli şah" — Dərviş Məstəli şah (Mirzə Fətəli Axundov)
- "Lənkəran xadının vəziri" — Xacə Məsud (Mirzə Fətəli Axundov)
- "Hacı qara" — Qəhrəman (Mirzə Fətəli Axundov)
- "Xırs quldurbasan" — Namaz (Mirzə Fətəli Axundov)
- "Cehizsiz qız" — Qavrilov (Aleksandr Ostrovski)
- "Almaz" — Avtil (Cəfər Cabbarlı)
- "Oqtay Eloğlu" — Mazandaranski (Cəfər Cabbarlı)
- "Aydın" — Mirzə Cavad (Cəfər Cabbarlı)
- "Vaqif" — təlxək (Səməd Vurğun)
- "Xəyyam" — Bədəvi ərəb (Hüseyn Cavid)
- "Xoşbəxtlər" — usta Segah (Sabit Rəhman)
- "Toy" — Mirzə Hüseyn (Sabit Rəhman)
- "Həyat" — Pardon Qurbanəli (Mirzə İbrahimov)
- "Közərən ocaqlar" — Məmmədəli (Mirzə İbrahimov)
- "Rəqs müəlimi" — Kornexo (Lope de Veqa)
- "Müfəttiş" — poçt müdiri (Nikolay Qoqol)
- "Fırtına" — qoca (Uilyam Şekspir)
- "Unudulan adam" — qoca (Nazim Hikmət)
- "Hind gözəli" — hamamçı (Y. Osnos, V. Vinnikova)
- "Səyavuş" — Kosa (Hüseyn Cavid)
- "Dəlilər" — Tomas (Lope de Veqa)
- "Əcəb işə düşdük" — Nadirov (Şıxəli Qurbanov)
- "Əliqulu evlənir" — Səfər (Sabit Rəhman)
Filmoqrafiya
- Ağasadıq Gəraybəyli (film, 1974)
- Aygün (film, 1960)
- Bakıda küləklər əsir (film, 1974) – Manuçarov
- Bəxtiyar (film, 1955) – Mirhəmid
- Bizim Cəbiş müəllim (film, 1969) – Səngər qazan
- Dəli Kür (film, 1969) – kəndli
- Evlənmək istəyirəm (film, 1983)
- Əmək və qızılgül (film, 1962)
- General (film, 1970)
- İyirmialtılar (film, 1966) – ruhani
- "Kazbek" qutusu (film, 1958)
- Qanun naminə (film, 1968)
- Qayınana (film, 1978)
- Qızmar günəş altında (film, 1957)
- Mən mahnı qoşuram (film, 1979) – kənd sakini
- Min birinci söz (film, 1997)
- O olmasın, bu olsun (film, 1956)
- Od içində (film, 1978) – dərviş
- Sehrli xalat (film, 1964) – baş münəccim
- Sən niyə susursan? (film, 1966) – qarmonçalanın atası
- Topal Teymur (film, 1983)
- Yenilməz batalyon (film, 1965) – uryadnik
- Həmyerlilər (film)
İstinadlar
- İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. II. 2017. səh. 291.
- Məmməd Sadıqov. Azərbaycan Teatr Cəmiyyəti. Bakı: İşıq. 1974. səh. 3. 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-30.