Məmməd Süleymanov
Məmməd Süleymanov — Azərbaycanlı marksist jurnalist-yazıçı.
Məmməd Süleymanov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Zaqatala, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Azərbaycan Tibb Universiteti |
İxtisası | Həkim |
Fəaliyyəti | yazıçı, jurnalist |
Bioqrafiya
Məmməd Süleymanov 1971-ci il martın 8-də Zaqatalada müəllim ailəsində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki ATU) daxil olan Məmməd Süleymanov 1994-cü ildə institutu müvəffəqiyyətlə bitirmişdir. 1994-96-cı illərdə cərrah kimi işləyib.
Fəaliyyəti
Mətbuatda ilk yazıları ASDP-nin orqanı olan İstiqlal qəzetində çıxıb. Bir müddət "7 Gün" qəzetinin redaktoru və baş redaktoru kimi işləyən yazar "7 Gün" və "Gündəlik Azərbaycan" qəzetlərində köşə yazarı kimi jurnalistika fəaliyyətini davam etdirir. Bir müddət Rusiyanın "Reqnum" informasiya agentliyinin Azərbaycanda müxbiri kimi işləmişdir. Məmməd Süleymanov "Bizim Yol" və "Alma" qəzetlərində də fəaliyyət göstərmişdir. Hazırda "1937.az", "Teleqraf" qəzeti və XI Tezis jurnalı ilə əməkdaşlıq edir.
Kitabları
- Çe Gevaranın son sirri - 2011 (İkinci nəşr (əlavələrlə)-2014) - Solfront nəşriyyatı
- Ədəbi portretlər-2013 - Qanun nəşriyyatı
- Təbabətin Fəryadı-1990 "Bakı Yazıçı" nəşriyyatı.