Məmməd Rzayev
Məmməd Rzayev (tam adı: Rzayev Məmməd Hüseyn oğlu; 8 may 1952, Naxçıvan) — fəlsəfə elmləri doktoru, professor; Azərbaycan Respublikasının əməkdar müəllimi[1], Beynəlxalq Turizm Akademiyasının həqiqi üzvü.
Məmməd Rzayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 may 1952 (71 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | alim |
|
|
Təltifləri |
Həyatı
Məmməd Rzayev 8 may 1952-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1958-ci ili sentyabrın 1-də Naxçıvan şəhərindəki 4 nömrəli 8 illik məktəbə daxil olmuş, sonra şəhər 1 nömrəli orta məktəbində təhsilini davam etdirərək 1968-ci ildə həmin məktəbi bitirmişdir. 1968-ci il avqust ayında Azərbaycan Pedaqoji İnstutunun Naxçıvan filialına qəbul olunmuş və 1972-ci ildə həmin instutun tarix-filologiya fakültəsinin Tarix ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü ilin may ayından 1974-cü ilin may ayınadək hərbi xidmətdə olmuşdur. 1974-cü ilin iyun ayından Naxçıvan Dövlət Universiteti fəlsəfə və sosial elmlər kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1997-ci ildən 2015-ci ilədək Naxçıvan Dövlət Universitetində tərbiyə işləri üzrə prorektor vəzifəsində işləmişdir. Hal-hazırda Fəlsəfə və sosial İş kafedrasında professor vəzifəsində çalışır.
Təhsili
1958–1968-ci illərdə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdır.
1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialını, 1980-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasını bitirmişdir.
1972-ci ildən Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Elmi dərəcəsi və adları
- Fəlsəfə elmləri namizədi, 09.00.01 – dialektik və tarixi materializm,1984.
- Fəlsəfə elmləri doktoru 09.00.11.– Sosial fəlsəfə,2007.
- Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 09.00.11 – Sosial fəlsəfə
Elmi əsərləri
Məmməd Rzayev 250-dən artıq elmi məqalənin və 25 kitabın müəllifidir. Alimin otuzdan artıq əsəri xarici ölkələrdə çap olnmuşdur. Müəllifin respublika mətbuatında 200-dən artıq publisist məqaləsi çap olunmuşdur.
Əsas elmi nailiyyətləri
Məmməd Rzayev ilk dəfə olaraq "Keçid dövrü şəxsiyyət tipi"ni elmi dövriyyəyə cəlb etmiş, onun ontoloji, qneseoloji və funksional meyarlarını müəyyənləşdirmişdir. O şəxsiyyət problemini hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində, milli-etnik münasibətlər prizmasında, müasir siyasi həyatda və mədəniyyət sistemində hərtərəfli təhlil etmişdir.
M. H. Rzayev postsovet sosial-fəlsəfi fikrində ilk dəfə olaraq, keçid dövrü şəxsiyyətini aksioloji mövqedən araşdırmış, onun formalaşmasında dəyərlərin rolunu açıqlamışdır.
Əsas elmi əsərlərinin adları
- İnsan kültürü və çevrenin korunması. Uluslararası coğrafiya çalışmaları. Van Universiteti, 2003, 5 səh
- Azərbaycan fəlsəfə tarixində çeviri və şəxsiyyət tərbiyəsi. Uluslararası simpoziumun materialları, Sakarya Universiteti, 2004, 9 səh
- Азербайджан в диалоге Восточно-Западной културы нашей эпохи. Санкт-Петербург, Невский фонд, 2007
- Müasir şəxsiyyət siyasi fəaliyyətin subyekti kimi. Bakı, Şərq-Qərb-sivilizasiyaların dialoqu. Bakı, 2007, say:2–3(7).
- Туризм как фактор совершенствование новой личностьи в Азербайджане. Новосибирск, "Страна Огней", 2009, say:4.
- Fəlsəfədə dəyər kateqoriyasının formaları haqqında. NDU-nun elmi əsərləri (ictimai elmlər seriyası), № 2(34), 2010
- Müasir şəxsiyyətin fəaliyyətində maddi və mənəvi tərəflərin nisbəti. NDU-nun elmi əsərləri (ictimai elmlər seriyası), № 2 (39), 2011
- Müasir ali təhsil sistemi və informasiya mədəniyyətinin formalaşdırılması. Elektron Naxçıvan-5, (nəticələr və vəzifələr), Beynəxalq elmi konfrans, 2011
- Идея. свободы в истории восточный философской мысли. Кемерова, Международная конференция, 2011
- Туристические ресурсы Нахичеванской Автомной Республики.Междинародная конференция Саратов, 2012
- Dünya qayaüstü abidələri və Gəmiqaya. Ərzurum, "İpək yolu və Qafqaz mədəniyyəti mövzusunda beynəlxalq konfrans", 2012
- Qloballaşma və ictimai həyatın humanistləşməsi. ADMU-nun 90 illiyinə həsr edilmiş beynəlxalq konfransın materialları, 2012
- Üniversitelerarası ilişkiler: Müslüman eserleri üzerinde mimari araştırma olanakları. Ərzurum, III Avrasiya İpək Yolu Universitetlər birliyi toplantısı, 2013
- Müasir fəlsəfədə şəxsiyyət. Bakı, "Nurlan", 2003, 167 səh.
- Şəxsiyyətin fəlsəfəsi. Bakı, ADPU, 2004, 390 səh.
- Şəxsiyyət və zaman. Bakı, "Elm", 2004, 83 səh.
- Fəlsəfədə şəxsiyyət problemi. Bakı, "Elm", 2004, 114 səh.
- Müasir şəxsiyyət: azadlıq və məsuliyyət. Bakı, ADPU, 2005, 93 səh.
- Şəxsiyyət və dəyərlər. Bakı, ADPU, 2005, 78 səh.
- Şəxsiyyət müasir transformasiya şəraitində. Bakı, 2007, 136 səh.
- Keçid dövrü və şəxsiyyət. Bakı, Yurd, 2007, 391 səh.
- Zamanı qabaqlayan dahi. Bakı, Vektor, 2008, 315 səh.
- Şəxsiyyət: azadlıq və milli şüur. Bakı, ATU, 2009,118 səh.
- Туризм и современность. (Əli Cabbarov ilə birlikdə), Новосибирск, 2011, 160 стр.
- Şəxsiyyət haqqında düşüncələr. Bakı, ATU, 2011,211 səh.
- Müasir şəxsiyyət. Bakı, MBM, 2015, 534 səh.
- Fəlsəfə tarixi. Bakı, MBM, 2015, 301 səh.
Mükafatları
- 16.10.2007 — "Tərəqqi" medalı[2]
- 03.08.2009 — "Azərbaycan Respublikasının əməkdar müəllimi"
- 30.04.2012 — "Qabaqcıl ali təhsil işçisi"
İstinadlar
- "Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında"Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2009-cu il tarixli, 424 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 2021-07-09 at the Wayback Machine (az.)
- "Naxçıvan Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2007-ci il tarixli, 2434 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 2022-11-08 at the Wayback Machine (az.)