Məmməd Qurbanov
Məmməd Qurban oğlu Qurbanov (31 dekabr 1911, Aldərə, Zəngəzur qəzası – 21 dekabr 1979, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR mədəniyyət naziri (1955–1960, 1963–1965), Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin sədri (1969–1979), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1954–1955), Azərbaycan Kommunist Partiyası Vartaşen Rayon Komitəsinin birinci və ikinci katibi.
Məmməd Qurbanov | |
---|---|
26 mart 1955 – 15 mart 1960 | |
Əvvəlki | Məmməd Ələkbərov |
Sonrakı | Abdulla Bayramov |
22 oktyabr 1963 – 24 iyun 1965 | |
Əvvəlki | Abdulla Bayramov |
Sonrakı | Rauf Hacıyev |
Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsinin sədri | |
7 fevral 1969 – 3 iyul 1979 | |
Sonrakı | Azad Şərifov |
aprel 1954 – 1955 | |
Əvvəlki | Məmməd İsgəndərov |
Sonrakı | Tofiq Allahverdiyev |
oktyabr 1941 – 19?? | |
mart 1941 – oktyabr 1941 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 dekabr 1911 |
Doğum yeri | |
Vəfat tarixi | 21 dekabr 1979 (67 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
Məmməd Qurbanov 1911-ci ildə Zəngəzur qəzasının Mərzit (Aldərə) kəndində yoxsul ailədə anadan olmuşdur. 1921-ci ildə Gəncədə ibtidai məktəbə, sonra isə Bakıda Dəmir yolu texniki-peşə məktəbinə daxil olmuşdur. 1925-ci ildə həmin məktəbdə Lenin komsomolunun üzvlüyünə qəbul olunmuşdur.[1] 1929-cu ildə fabrik-zavod şagirdliyi məktəblərinin Bakı yolu məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Kirovabad (Gəncə) parovoz deposunda çilingər kimi başlamışdır. 1930–1935-ci illərdə Məmməd Qurbanov Tbilisi fəhlə dəmiryolu məktəbində, N.Nərimanov adına Bakı Sənaye Texnikumunda təhsil almış, Hərbi təyyarəçilər məktəbinin kursantı olmuşdur. 1935-ci ildən 1940-cı ilədək Kirovabad Şəhər Komsomol Komitəsinin katibi, Şəhər bədən tərbiyəsi və idman komitəsinin sədri, şəhər Xalq Maarif şöbəsinin müdiri, "Kirovabad bolşeviki" qəzetinin redaktoru vəzifələrində işləmişdir.
1941-ci ilin mart ayında Vartaşen (hazırkı Oğuz) Rayon Partiya Komitəsinin II katibi, həmin ilin oktyabr ayında I katibi seçilmişdir. 1949-cu ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini bitirdikdən sonra Məmməd Qurbanov Azərbaycan KP Bakı Komitəsinin Təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təsdiq edilmiş, sonralar Azərbaycan SSR Nazirlər Soveti yanında Radio İnformasiya Komitəsinin sədri, Kirovabad Vilayət Partiya Komitəsinin Təbliğat və təşviqat şöbəsinin müdiri olmuşdur. Məmməd Qurbanov 1953-cü ildə Bakı şəhər Partiya Komitəsinin katibi, sonralar I katibi seçilmişdir. 1955-ci ildə Azərbaycan SSR mədəniyyət nazirinin müavini, 1955–1960 və 1963–1965-ci illərdə Azərbaycan SSR mədəniyyət naziri, Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin sədr müavini, 1969–1979-cu illərdə isə sədri vəzifələrində işləmişdir.
Məmməd Qurbanov respublikanın ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Azərbaycan KP MK-nın üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Onun xidmətləri "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenləri ilə təltif edilmişdir.
Məmməd Qurban oğlu Qurbanov 21 dekabr 1979-cu ildə vəfat etmişdir.
Təltifləri
- "Qırmızı əmək bayrağı" ordeni (1959)
- "Şərəf nişanı" ordeni (25 fevral 1946, 1971)
İstinadlar
- Мәммәд Гурбан оғлу Гурбанов // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 487.
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
- İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. səh. 262. ISBN 978-9952-8021-9-1.
- Nekroloq
- Məmməd Qurbanov – 110
- Azərbaycanin mədəniyyət təqvimi. — Bakı, 2019