Məmməd Nağıyev
Məmməd Mahmud oğlu Nağıyev (1939) — Azərbaycan Kommunist Partiyası Kəlbəcər Rayon və Puşkin Rayon Komitəsinin birinci katibi, Ağsu Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.
Məmməd Nağıyev | |
---|---|
Ağsu Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
1980 – 1990 | |
Əvvəlki | Məhəmməd Əsədov |
? – 1980 | |
Sonrakı | Ramiz Zeynalov |
1974 – ? | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1939 |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
Məmməd Nağıyev 1939-cu ildə anadan olmuşdur. Əvvəlcə Azərbaycan Kənd Təsərrüfatı İnstitunu, 1967-ci ildə isə Moskvada, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyasını fərqlənmə diplomu ilə qurtarmışdır. 1961-ci ildə sovxozda xronometrajçı və iqtisadçı işləmişdir.
Siyasi fəaliyyəti
Məmməd Nağıyev 1966-cı ildən Şamaxı rayon Komsomol Komitəsinin katibi və I katibi seçilmişdir. 1970-ci ildə Şamaxı Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinə təyin edilmişdir.
Məmməd Nağıyev 1974-cü ildə Azərbaycan Kommunist Partiyası Kəlbəcər Rayon Komitəsinin birinci katibi vəzifəsinə təyin edilmişdir. Daha sonra isə ildə Azərbaycan Kommunist Partiyası Puşkin Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1980-cinildə Məmməd Nağıyev Ağsu Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri seçilmişdir.
IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Müstəqillik dövründə Məmməd Nağıyev Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının Biləsuvar rayon üzrə inspektoru işləmişdir. 1993-cü ildə Şamaxı rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsi və 10 il Şamaxı rayon İcra Hakimiyyətində aparıcı məsləhətçi işləmişdir.
Mükafatları
1973-cü ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunmuşdur.
Mənbə
- Мәммәд Маһмуд оғлу Нағыјев // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 294.