Məmməd Kovxa
Məhəmməd Mahmud oğlu Kovxa(Mahmudov) (1859 – 1933) xalq arasında Məmməd Kovxa kimi məşhur olmuşdur - Qazaxın general-qubernatoru (1918-1919)[1].
Məmməd Kovxa | |
---|---|
Məhəmməd Mahmud oğlu Mahmudov | |
Qazax general-qubernatoru | |
iyun 1918 – 13 oktyabr 1919 | |
Əvvəlki | Hacı Kərim Sanılı |
Sonrakı | Əmir xan Xoyski |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan Qazax Daş Salahlı |
Vəfat tarixi |
Faəliyyəti
1859-cu ildə Qazax qəzasının Daş salahlı kəndində anadan olub. M.Kovxa öz xeyirxah əməlləri ilə hələ general - qubernator vəzifəsinə təyin edilməmişdən əvvəl el-oba arasında böyük hörmət qazanmışdı . M.Kovxa hələ 1914-cü ildə Avey dağından camaata bulaq çəkdirmişdi. M.Kovxa 1914-1920-ci illərdə erməni-daşnak dəstələrinə zərbə vuranlardan biri idi.[1]
AXC dövründə fəaliyyəti
Azərbaycan Cümhuriyyəti dövründə türklərin köməyə gəlişi zaman (1918-ci ilin iyununda) Qazaxın general-qubernatoru olmuşdu. Nuru Paşanın polkovnik rütbəsi ilə təltif etdiyi Məmməd Kovxa 800 atlı dəstəsi ilə Bakının işğaldan azad olunmasında iştirak edib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə general-qubernator vəzifəsinə təyin edilmişdi. General-quberator işlədiyi dövrdə (1919-cu ilin oktyabrı-nadək) Qazaxda ciddi qayda-qanun yaratmışdır.
Aprel işğalından sonra Məmməd Kovxa da repressiya qurbanlarından biri olan şəxsiyyətlərimizdən, milli istiqlal fədailərimizdəndir. M.Kovxa Qazax qəzasında “Həqiqət ordusu” adlı antisovet təşkilatının fəal üzvü olmuşdur. M. Kovxa acı tale yaşamışdır. 1926-cı ildən başlayaraq, sovet hakimiyyət orqanları onun ailəsini də repressiya etməyə başlamışdılar. Özü oğlu Həmid ilə bir müddət Türkiyədə Sarıqamışda yaşasa da, ailəsinin repressiya edilməsinə dözməyərək, Qazaxa qayıtmışdır.[1]
Ölümü
1929-cu il sentyabrın 14-də 70 yaşlı qocanı sovet hakimiyyətinin düşməni kimi Baş Dövlət Siyasi İdarəsinin (BDSİ) müstəntiqi Revaz Xaçikyan dindirmişdi. M. Kovxa 1929-1933-cü illərdə sürgün həyatı yaşayıb. Qazaxın sabiq general-qubernatoru Məhəmməd Kovxa 1933-cü ilin payızında 74 yaşında sürgündə ürəyi partlamaqla dünyasını dəyişmişdir.[1]
Ailəsi
Oğlu Həmid bəy Qori Müəllimlər Seminariyasında təhsil alıb. Milli azadlıq hərəkatında fəal rol oynayıb, Müsavat Partiyasının bölgədə nüfuzlu gənc liderlərindən olub. Gəncə hərbi məktəbinin ilk məzunlarından biri kimi sovet hakimiyyətinə qarşı mübarizə aparmışdır bolşeviklərə qarşı müqavimət hərəkatını formalaşdırıb və dağlara çəkilib. Ancaq təəssüf ki, bolşevik gülləsindən yan keçə bilməyib.[1]
İstinadlar
- İstiqlal fədailəri - Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918-1920 / İ. M. Əliyarlı, T. R. Behbudov; elmi red. Ş. Qasımov; red