Məmməd Hümbətov
Məmməd Hümbətov (tam adı: Məmməd Tahar oğlu Hümbətov; (14 iyun 1946; Şahbuz rayonu, — 1 dekabr 2020; Şahbuz rayonu) Azərbaycannın görkəmli teatr aktyoru.
Məmməd Hümbətov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şahbuz rayonu, Külüs kəndi |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Şahbuz rayonu, Külüs kəndi |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyət illəri | 1964-2020 |
Təhsili | Mədəniyyət və İncəsənət Universiteti |
Həyatı
Məmməd Tahar oğlu Hümbətov 1946-cı il iyun ayının 14-də Şahbuz rayonunun Külüs kəndində anadan olub. Azərbaycan İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) kino-dram aktyorluğu fakültəsini bitirib (1970). Tanınmış aktyor, mədəniyyət və teatr xadimidir. 1964-cü ildən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor işləyib. 1971-78-ci illərdə Naxçıvan şəhər 1N-li Mədəniyyət evinin, "Araz" Mahnı və Rəqs ansamblının (1978-85), Naxçıvan Dövlət Filarmoniyasının (1985-97) və 1997-2003-cü illərdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru vəzifələrində işləyib. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2000-ci il) fəxri adına layiq görülüb. 2003-cü ildən Bakı şəhərindəki "Yaşıl teatrın" inzibatçı-direktoru idi. - 2020-ci il dekabrın 1-də doğulduğu Külüs kəndində vəfat edib və orada dəfn olunub.