Məmməd Cəfərov (aktyor)

Məmməd Abbasqulu oğlu Cəfərov (1912, Şamaxı19 yanvar 1980, Kirovabad) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1964).

Məmməd Cəfərov
Digər adı Məmməd Cəfər
Doğum tarixi
Doğum yeri Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi
Vəfat yeri Kirovabad, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1933-cü ildən
Təhsili Bakı Teatr Məktəbi
Amplua realizm
Teatr Gəncə Dövlət Dram Teatrı,
Sumqayıt Dövlət Dram Teatrı
Mükafatları
"Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1964
"Əməkdə fərqlənməyə görə" medalı  — 1959

Həyatı

Məmməd Cəfərov 1912-ci ildə Şamaxıda anadan olub. 1921–1927-ci illərdə Şamaxıdakı birinci dərəcəli məktəbdə təhsil alıb. Burada məktəbin dram dərnəyində çıxışlar edib. 1929–1932-ci illərdə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində təhsilini davam etdirib. 1933–1940-cı illərdə Gəncə Dövlət Dram Teatrında aktyor, 1940–1941-ci illərdə Gəncə Dövlət Filarmoniyasında direktor işləyib.[1]

1942-ci ildə müharibəyə yollanan Məmməd Cəfərov 1943-cü ildə birinci qrup kimi ordudan tərxis olunaraq Gəncəyə qayıdıb. Burada o, aktyorluqla yanaşı, 3 ildən artıq teatrın direktoru işləyib. O, 1949–1951-ci illərdə Gəncə Şəhər Mədəniyyət və İstirahət Parkının direktoru, 1951–1952-ci illərdə Gəncə kinoprokat idarəsinin rəisi, 1952–1955-ci illərdə mədəniyyət şöbəsində inspektor və müdir, 1955–1956-cı illərdə isə şəhər ictimai təminat şöbəsində müdir vəzifələrində işləyib. 1956-cı ilin ikinci yarısından yenidən Gəncə Dövlət Dram Teatrının truppasında fəaliyyət göstərib. Aktyor arada qısa müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq etmişdir.[1]

Məmməd Cəfərov realist aktyor məktəbinin nümuyəndəsi olmuşdur. O, məzəli məsxərə elementlərindən, ifadəli satira ünsürlərindən istifadə etmişdir. Xarakterik tiplər yaradan aktyorun imzası bir sıra tamaşaların proqramlarında "Məmməd Cəfər" kimi yazılıb.[1]

Məmməd Cəfərov 19 yanvar 1980-ci ildə Kirovabad (hazırkı Gəncə) şəhərində vəfat edib.

Mükafatları

İfa etdiyi əsas rollar

TamaşaMüəllifRol
Lənkəran xanının vəziriMirzə Fətəli AxundovAğa Bəşir
Şeyx SənanHüseyn CavidSerqo
SəyavuşHüseyn CavidKosa
Nəsrəddin şahCəfər CabbarlıMirzə Saleh xan
Od gəliniCəfər CabbarlıDönməz
YaşarCəfər CabbarlıƏmirqulu
AlmazCəfər CabbarlıAftil
AydınCəfər CabbarlıSəlim
Solğun çiçəklərCəfər CabbarlıƏbdül
SevilCəfər CabbarlıBabakişi
ÖlülərCəlil MəmmədquluzadəŞeyx Əhməd
Eşq və intiqamSüleyman Sani AxundovPiri baba
VaqifSəməd VurğunƏli bəy və Vidadi
Arşın mal alanÜzeyir HacıbəyovƏsgər
Cancur SəmədJan Batist MolyerQazı
OtelloUilyam ŞekspirQratsiano
Kor padşahNazim HikmətKor padşah
KəlləNazim HikmətSərsəri

İstinadlar

  1. Rəhimli, 2017. səh. 281

Ədəbiyyat

  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. 392 səh. ISBN 978-9952-8021-9-1.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.