Məmməd Abdullayev (leytenant)

Məmməd AbdullayevAzərbaycan Silahlı Qüvvələrinin leytenantı, Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid.[1][2]

Məmməd Abdullayev
Məmməd Abbas oğlu Abdullayev
Şəxsi məlumatlar
Doğum tarixi 22 oktyabr 1961(1961-10-22)
Doğum yeri
Vəfat tarixi 29 iyul 1992(1992-07-29) (30 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Quru Qoşunları
Hərbi hissə 703 və 708 saylı hərbi hissələr
Rütbəsi leytenant
Döyüşlər

Həyatı

Məmməd Abdullayev 1961-ci il oktyabrın 22-də Gəncə şəhərində anadan olmuşdur. 6 saylı orta məktəbdə təhsil almış, İnşaat texnikumunu bitirmişdir. Alüminium zavodunda briqadir işləmiş, Şəhər Sovetinin deputatı olmuş, fəal ictimaiyyətçi kimi şəhərdə böyük nüfuz qazanmışdı. Ailəli idi. Pərviz və Səbinə adlı iki övladı var.

Hərbi xidmət

1992-ci il martın 18-də könüllü olaraq cəbhəyə yollanmışdı. Məmməd Abdullayev 703 və 708 saylı hərbi hissələrdə igidlik göstərmişdir. Goranboyun azad edilməsində iştirak etmişdir. Mayın 12-də leytenant Məmməd Abdullayev Gəncə batalyonunun tərkibində Ağdam rayonu cəbhəsinə yola düşmüş, Sarısu, Gülüstan kəndlərinin azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir. Məmməd iyunun 22-də Goranboydan Ağdərəyə yollanmışdır. 1992-ci il iyunun 29-da Levonarx kəndində mühasirəyə düşən 27 nəfər döyüş dostunu xilas edərək son anda özü düşmən mərmisinin qəlpəsindən həlak olmuşdur.

İstinadlar

  1. "I Qarabağ Müharibəsi — Şəhidlərimiz". Gencesehidleri.az. 2022-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-28.
  2. "Şəhid Məmməd Abdullayev". Gencexeber.az.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.