Məmməd Abbasov

Məmməd Cəfərqulu oğlu Abbasov (10 avqust 1950, Çərçiboğan, Noraşen rayonu) — Azərbaycan dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini (1991–2003), Naxçıvan MR Baş nazirinin müavini — kənd təsərrüfatı naziri (2003–2013).

Məmməd Abbasov
bayraq
Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini — kənd təsərrüfatı naziri
bayraq2
2003 4 fevral 2013
Baş nazirƏlövsət Baxşıyev
bayraq
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini
bayraq2
1991 2003
Baş nazirŞəmsəddin Xanbabayev
Əlövsət Baxşıyev
bayraq
Azərbaycan Kommunist Partiyası İliç (Şərur) Rayon Komitəsinin birinci katibi
bayraq2
1988 1991
Şəxsi məlumatlar
Doğum tarixi 10 avqust 1950(1950-08-10) (73 yaş)
Doğum yeri
Partiya
Təhsili

Təltifləri "Şərəf nişanı" ordeni

Fəaliyyəti

Məmməd Cəfərqulu oğlu Abbasov 10 avqust 1950-ci ildə hazırkı Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1979-cu ildən Çərçiboğan kolxozunda baş iqtisadçı, M. Hüseynzadə adına kolxozda sədr, 1981-ci ildən isə Naxçıvan MSSR Nazirlər Sovetində Kənd təsərrüfatı şöbəsinin müdiri işləmişdir.[1]

1982-ci ildə partiya işinə keçərək Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində şöbə müdiri, 1985-ci ildən Azərbaycan KP Mərkəzi Komitəsinin Təşkilat-partiya işi şöbəsində inspektor, 1988-ci ildən Azərbaycan KP İliç (Şərur) Rayon Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini təyin edilmişdir.[1] Sonralar Naxçıvan MR Baş nazirinin müavini — kənd təsərrüfatı naziri işləmiş, 4 fevral 2013-cü ildə vəzifəsindən azad olunmuşdur.[2]

Məmməd Abbasov XI çağırış Naxçıvan MSSR Ali Sovetinin, XII çağırış Azərbaycan Ali Sovetinin, I çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir. 29 avqust 1991-ci ildə və 5 mart 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti fövqəladə sessiyalarında redaksiya komissiyası tərkibinə daxil edilmişdir.[3][4]

İstinadlar

  1. Abbasov Məmməd Cəfərqulu oğlu // Azərbaycanda kim kimdir? (Ensiklopedik sorğu kitabı). Müəllif və tərtibçi: Tariyel Cahangir. Bakı: "Çıraq" nəşriyyatı. 2004. S. 77.
  2. "M.C.Abbasovun Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-kənd təsərrüfatı naziri vəzifəsindən azad edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı". Şərq qapısı. 2013-02-04. İstifadə tarixi: 2024-02-15.
  3. "Azərbaycan Respublikası Ali Soveti növbədənkənar sessiyasının Redaksiya komissiyasının seçilməsi haqqında". e-qanun.az. 1991-08-29. 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  4. "Azərbaycan Respublikası Ali Soveti fövqəladə sessiyası redaksiya komissiyasının seçilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarı". e-qanun.az. 1992-03-05. 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.