Məmmədəli Şıxnəbiyev

Məmmədəli Şıxnəbiyev (tam adı: Məmmədəli Mədət oğlu Şıxnəbiyev; 1946, Bakı, Azərbaycan SSR, SSRİ2004) — "Azadlıq uğrunda mübariz" fəxri adına layiq görülmüş Qanlı Yanvar qurbanı.[1]

Məmmədəli Şıxnəbiyev
Məmmədəli Mədət oğlu Şıxnəbiyev
Doğum tarixi 1946
Doğum yeri
Vəfat tarixi 2004
Vəfat səbəbi Qara Yanvar
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Mədət
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Fəhlə
Mükafatları "Azadlıq uğrunda mübariz" fəxri adı

Həyatı

1946-cı ildə Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur.[2] 1963-cü ildə Süleyman Sani Axundov adına 172 nömrəli məktəbi bitirmişdir. 1971-ci ildə isə Xalq təsərrüfatı texnikumunun qiyabi şöbəsinə daxil olmuşdur. Orada təhsilini bitirdikdən sonra, öz fəhlə ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. Ayağı zədəli olduğundan, hərbi xidmətdən azad olunmuşdur.

Ailəli olmuş, ailə həyatından 1 qızı və 1 oğlu dünyaya gəlmişdir. Oğlu Aydın avtomobil qəzasında həlak olmuşdur.

Qanlı Yanvar faciəsi

Yaralıları xəstəxanaya apararkən tankla rastlaşmışdır. Maşını saxlayıb silahsız olduğunu bildirsə də, rus polkovniki Məmmədəliyə atəş açaraq başından yaralamışdır.

Başından aldığı güllə yarasının törətdiyi fəsadlardan 14 il yataq xəstəsi kimi müalicə almış, 2004-cü ildə həmin fəsadlardan vəfat etmişdir.

Həmçinin bax

İstinadlar

  1. "Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 1992-ci il tarixli, 557 nömrəli Fərmanı Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine  (az.)
  2. Tacir Qurbanov, Almara Nəbiyeva, Maral Qocaman. Azadlıq Carçıları (az.). Bakı: "Zərdabi Nəşr" MMC. 2021. səh. 240. ISBN 978-9952-542-97-4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.